Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalmış Abdullazadə Qasım Əli oğlunun doğum günüdə əziz xatirəsi dərin ehtiramla yad edilmişdir
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalmış Abdullazadə Qasım Əli oğlunun doğum günü münasibətilə məzarı önündə anım mərasimi keçirilmiş, əziz xatirəsi dərin ehtiramla yad edilmişdir.
Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Rayon İcra Hakimiyyətinin şöbə müdirləri, Yeni Azərbaycan Partiyasının Xəzər rayon təşkilatının sədri Namik Əhmədov, şəhidin ailə üzvləri-yaxınları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbirdə çıxış edən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov şəhidin ailəsinə bir daha dərin hüznlə başsağlığı verərək onlara səbir diləmişdir. O, Azərbaycan Ordusunun qüdrətindən, qəhrəman şəhidlərimizin Vətən uğrunda göstərdikləri misilsiz igidlik və vətənpərvərlik nümunələrindən bəhs etmiş, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın canları bahasına azad edilmiş torpaqlarımızda bu gün üçrəngli Dövlət Bayrağımızın qürurla dalğalanmasının hər bir azərbaycanlı üçün böyük fəxarət mənbəyi olduğunu vurğulamışdır.






