Azərbaycan Ali Hərbi Məktəbində Vətən Müharibəsi Qəhrəmanları şəhid Mansurov Elçin Elşən oğlunun və İbrahimli Adil Asəm oğlunun anım tədbiri keçirilib
Azərbaycan Ali Hərbi Məktəbində Vətən Müharibəsi Qəhrəmanları şəhid Mansurov Elçin Elşən oğlunun və İbrahimli Adil Asəm oğlunun anım tədbiri keçirilmişdir.
Tədbirdə Xəzər RİH-nin başçısı Elşən Salahov, şəhidlərin ailə üzvləri, Azərbaycan Ali Hərbi Məktəbin kollektivi iştirak etmişdir.
Tədbir şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılmışdır.
Çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən, bu zəfərin qazanılmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən söz açıblar.
Şəhidlərin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Brinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirdiriblər.
Daha sonda tədbir müğənillər tərəfindən ifa olunan hərbi mahnılarla davam etdirilmişdir.