Antiterror əməliyatları nəticəsində şəhid olan Əsədov Əlibala Əli oğlunun əziz xatirəsi məzarı önündə yad edilib
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan antiterror əməliyatları nəticəsində şəhid olan Əsədov Əlibala Əli oğlunun əziz xatirəsi məzarı önündə yad edilib.
Tədbirdə Xəzər Rayon İcra Hakimiyyəti başçısı Elşən Salahov, RİH başçısının müavinləri, şöbə müdirləri, şəhidlərin doğmaları və yaxınları iştirak edibər.
Tədbirdə çıxış edən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı E.Salahov Şəhidin ailə üzvlərinə bir daha dərin hüznlə başsağlığı verərək, səbr diləyib və Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdikləri şücaət və vətənpərvərliklərdən söz açaraq Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanmasının hər birimiz üçün qürurverici olduğunu bildirib, vətən üçün belə gərəkli övladlar böyütdüklərinə görə bir daha şəhidin valideynlərinə təşəkkür etmiş və torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış Vətən övladlarımızın xatirəsinin daim əziz tutulacağını qeyd edib.