Şriftin ölçüsü :

Saytın rəngi :

Qarabağı-Azərbaycanın əzəli və əbədi torpağını və digər rayonlarımızı azad edəcəyik

21 sentyabr 2020 | 16:00
Artıq neçə illərdir ki, Azərbaycan öz tarixinin ağır səhifələrini yaşayır. Azərbaycan xalqına qarşı elan olunmamış müharibə davam edir. Bizim sakit həyatımızı pozan qəflətən başlanan müharibə olmuşdur. Müharibəyə səbəb ermənilər tərəfindən Azərbaycan ərazisinin bir hissəsinin işğalı olub.Sovet İttifaqı zamanı Siyasi Büroda çalışan Heydər Əliyev mənfur düşmənlərin illər ərzində qurduğu planları reallaşdırmağa imkan verməmişdir. Elə ki, Heydər Əliyev Siyasi Bürodan uzaqlaşdırıldı hər bir hiyləyə, yaltaqlığa əl atan ermənilər, xarici diasporların və daxili satqınların köməyi ilə təəssüf ki, öz iyrənc planlarını həyata keçirə bildilər. Bu gün Ermənistan rəhbərliyi bu siyasəti davam etdirir. Ölkəmizə qarşı təxribatlar aparır, atəşkəsi pozur.

Torpaqlarımızda kütləvi qirğınlar törədən, tarixi-mədəni abidələrimizi məhv edən, işğal etdikləri torpaqlarımızda başqa yerdən gətirilmiş insanları yerləşdirən ermənilər özlərini günahsız göstərməyə çalışır. Erməniləri dəstəkləyən dövlətlər də bu işdə onlara kömək edir.
Xalqımızın belə bir atalar sözü var : “Arxalı köpək qurd basar.” Ona görə də ermənilər çəkinmədən sərhədlərimizi pozur, dinc sakinləri öldürürlər.
Bu günlərdə Ermənistan rəhbərliyi yenidən təxribatlar törədir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Televiziyasındakı çıxışında bunları aydın bildirmişdir ki, biz haqq yolundan çəkilməyəcəyik. Qarabağı-Azərbaycanın əzəli və əbədi torpağını və digər rayonlarımızı azad edəcəyik.
Biz çalışacağıq ki, bunu hüququ yolla əldə edək. Lakin buna baxmayaraq, ermənilər öz çirkin əməllərindən əl çəkməsələr, onlar üçün çox ağır nəticələr olacaq.
Bizim başqalarının torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verən deyilik. Biz heç vaxt Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik. Qarabağ, bizimdir. Qarabağ Azərbaycandır!
Biz inanırıq ki, BMT və digər beynəlxalq təşkilatlar öz ədalətli mövqeylərini göstərəcəklər.

Abdullayeva Sevinc Paşa qızı 
181№li tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini

Keçidlər