Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə dezinfeksiya tədbirləri davam etdirilir

12 sentyabr 2020 | 16:00

Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə rayonun bütün qəsəbələri əhatə olunmaqla dezinfeksiya tədbirləri həyata keçirilir.

    

  

12 sentyabr  2020-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyəti, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti, Xəzər Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin və Daxili İşlər Nazirliyinin xüsusi avtonəqliyyat vasitələri cəlb olunmaqla rayonun küçə və proskektlərində gücləndirilmiş dezinfeksiya işləri aparılaraq, yollar dezinfeksiyaedici kimyəvi maddələrlə yuyulub.

  

  

Həmçinin, rayon ərazisində olan istirahət parklarında, məhəllələrdə, orada quraşdırılan uşaq-əyləncə və idman qurğularında, yaşayış binalarında, və ümumi istifadə yerlərində,  məişət tullantılarının atıldığı konteyner meydançalarında, avtobus dayanacaqlarında, ümumiyyətlə, insanların sıx olduğu yerlərdə  dezinfeksiya işləri aparılıb.

  

  

  

 

Keçidlər