Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda 2 Fevral-Gənclər günü qeyd edilmişdir.

01 fevral 2014 | 16:00

31 yanvar 2014-cü ildə Xəzər rayonunda 2 fevral – Gənclər günü münasibətilə bayram tədbir keçirilmişdir.
     Tədbirdə Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Balayev , Millət vəkili Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov , Xəzər rayon Gənclər və İdman idarəsinin rəisi Vüqar Əliyev və 250 nəfər gənc iştirak etmişdir .
     Bayram tədbirindən öncə rayonun istedadlı gənclərinin çəkdikləri rəsm işlərindən ibarət sərgi nümayiş olunmuşdur.
    Daha sonra tədbiri giriş sözü ilə açan Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Balayev ilk öncə Müstəqil Azərbaycan gənclərini bayram günü münasibətilə təbrik etmiş, onlara xoşbəxt gənclik, sağlamlıq və uğurlu gələcək arzulamışdır.
    Ölkəmizdə gənclər siyasətinin əsasını ümummilli lider Heydər Əliyev qoyub. Ulu öndər gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdi, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirirdi. Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması, müstəqil Azərbaycan gənclərinin ilk ümumrespublika forumunun keçirilməsi, 2 fevralın Azərbaycan gəncləri günü elan edilməsi, 5 dövlət proqramının qəbulu, "Dövlət gənclər siyasəti haqqında" fərman və geniş fəaliyyət proqramının təsdiq edilməsi Heydər Əliyevin gənclərə böyük qayğısı idi. Bu, gənclərin respublikanın ictimai-siyasi həyatında daha fəal iştirakına şərait yaradır, habelə dövlət orqanlarının diqqətini gəncliyin problemlərinin həllinə yönəldirdi.
    Ulu öndərin gəncliyə və gənclərə etimadı indi öz təsdiqini tapmaqdadır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev ulu öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan böyük diqqətin nəticəsidir.
   Daha sonra rayon rəhbərliyi tərəfindən gənclər siyasəti sahəsində keçirilən tədbirlərdə göstərdikləri fəallığa və əldə etdiyi nəaliyyətlərə  görə 10 nəfər gəncə fəxri fərmanlar və xatirə hədiyyələri  təqdim olunmuşdur.
   Təqdimolunmadan sonra Bayram tədbiri estrada ulduzlarının iştirakı ilə geniş konsert proqramı ilə davam etmişdir.

Keçidlər