Şriftin ölçüsü :

Saytın rəngi :

Türkiyə-Azərbaycan dostluq və əməkdaşlığı gələcək qələbələrimizin təməlidir

07 sentyabr 2020 | 16:00
Tarixi şəxsiyyətlər nəsillərin yaddaşında yaratdıqları və həyatda qoyub getdikləri tarixi addımlarla əbədiləşirlər.
Görkəmli siyasi xadim və hərbçi Mustafa Kamal Atatürkün Türk xalqına bəxş etdiyi tarixi zəfərlər bu xalqın son əsrdə cərəyan edən siyasi və sosial-iqtisadi həyatında öz əksini tapmışdır. Türkiyənin bu günkü mübarizəsi yalnız öz adına və hesabına olsaydı, bəlkə daha qısa, daha az qanlı olardı və daha sürətlə qurtara bilərdi. Türkiyə böyük və mühüm bir əzmkarlıq göstərir, çünki müdafiə etdiyi məsələlər bütün məzlum millətlərin, bütün Şərqin problemidir və bunu sona çatdırmayınca Türkiyə özü ilə həmdərd olan şərq millətləri ilə çiyin-çiyinə gedəcəyinə əmindir. Prezident İlham Əliyev avqustun 13-də Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulisi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib ki, hərbi əməkdaşlıq baxımından bu təlimlərin çox böyük önəmi var, eyni zamanda insanlar arasındakı əlaqələrin, xalqlar arasındakı qardaşlığı gücləndirilməsinin çox böyük əhəmiyyətli faydası var.


        Azərbaycan ordusunun Türk ordusu ilə birgə keçirdiyi hərbi təlimlər düşmənlərimizi çox narahat edir. Bir zamanlar əsgərlərdən biri Fərhad Paşanın yanına gələrək deyir: “Düşmən çox yaxındadır, nə edəcəyik?”
Fərhad Paşa cavabında “biz də onlara yaxınıq” , -deyir. Bu gün Türkiyənin bizim yanımızda olması düşmənlərimizi həddən ziyadə narahat edir.
        Ümummilli liderimiz, dünya şöhrətli siyasi xadim olan Heydər Əliyevin çox uzaqgörənliklə dediyi bu fikir, türk millətinə həyat eşqi verir: “Bir millət, iki  dövlət”. Bəli, xalqımız tezliklə işıqlı gələcəyə doğru irəliləyir. Bu məqamda Həzrəti Mövlanənin müdrik kəlamını xatırlatmaq istəyirəm. “İnsan səsini yox, sözünü yüksəltməlidir. Çünki yarpaqları yaşıllaşdıran göy gurultusu yox, yağan yağışdır “. Bəli yaxşı başlanğıc uğurun yarısıdır. Dünyada həyat üçün, insan kimi yaşamaq üçün müstəqillik lazımdır.
       Cənab Prezient İlham Əliyev müstəqilliyimizin qarantıdır. Bunun üçün güclü ordumuz formalaşıb, güclü ordumuz var. Atalarımızın gözəl bir kəlamı var. Deyir;”Ağalıq verimlədir, igidlik vurumla”.
      Bu gün Azərbaycan iqtisadiyyatı inkişaf etmiş dövlətlərlə rəqabətə girir. Bu da Azərbaycan Prezidenti İlham Əliyev cənablarının apardığı uzaqgörən daxili və xarici siyasətin bəhrəsidir. Azərbaycan ordusu türk ordusunun birliyinin, türk qüdrət və qabiliyyətinin , türk vətənsevərliyinin poladlaşmış bir ifadəsidir. Türk ordusu ilə Azərbaycan ordusunun birgə təlim-məşq toplantısı əksər region dövlətlərini təşvişə salıb, əslində bu belə deyil. Türkiyə Respublikasının əsas prinsipi, onun siyasətinin əsas məğzi qonşular və bütün dövlətlər ilə yaxşı münasibətlər saxlamaqdır. Türkiyə Respublikasının əsas şüarı budur ki, biz heç kəsin düşməni deyilik. Yalnız insanlığın düşməni olan  insanların düşməniyik. Ermənistanın təcavüzkar siyasəti və havadarlarının “köməyi” ilə Azərbaycanın 20% torpaqları zorən işğal edilib. Azərbaycan xalqının haqq səsinə həmişə səs verən, ona arxa-dayaq olan, bizim ilham mənbəyimiz olan Türkiyədir.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Yunanıstanın Azərbaycandakı səfirini qəbul edərkən qardaş Türkiyə haqqında belə demişdir; “Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox , bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik.”
    Türkiyə Respublikasının ən mühüm prinsiplərindən biri olan yurdda sülh, cahanda sülh çağırışı , insaniyyətin və mədəniyyətin rifahında və irəliləyişində ən əsaslı amillərdən biridir. Biz əminik və varlığımız qədər inanırıq ki, tez bir zamanda Turkiyə və Azərbaycan prezidentlərinin dostluğu və qardaşlığı nəticəsində Azərbaycanın xalqı qalib gələcək və doğma Qarabağımız mənfur düşmənlərdən təmizlənəcək. Fikrimi Atatürkün məşhur bir deyimi ilə yekunlaşdırıram. Atatürk bir səhər Misir səfirinə Çankaya sinəsindən doğan günəşi göstərərək, demişdir; “Şərqdən doğan günəşə baxın. Bu gün günəşin qızardığını necə görürəmsə, uzaqdan bütün şərq millətlərinin də oyanışını elə görürəm.”

Məcnunova Şuran  Səxavət qızı
       Xəzər rayon gənci

Keçidlər