Şriftin ölçüsü :

Saytın rəngi :

2013-cü ilin yekunlarına dair Mərdəkan qəsəbə nümayəndəliyinin hesabat konfransı keçirilmişdir.

24 yanvar 2014 | 16:00

23 yanvar 2014-cü il tarixində Xəzər rayonu Mərdəkan Mədəniyyət evində 2013-cü ilin yekunlarına dair Mərdəkan qəsəbə nümayəndəliyinin hesabat konfransı keçirilmişdir. Xəzər rayon İcra Hakimiyyətinin Başçısı cənab Gülağa İslamov konfransı açıq elan edərək, öz çıxışında Ölkə rəhbərliyi tərəfindən Bakı şəhəri və onun qəsəbələrinə olan diqqət və qayğının artması nəticəsində Xəzər rayonunda, həmçinin onun qəsəbələrində bir sıra işlərin həyata keçirildiyini qeyd etmişdir.
       Rayon İcra Hakimiyyəti aparatı, rayonun təsərrüfat xidmət rəhbərləri və 140 nəfər Mərdəkan qəsəbə sakininin iştirakı ilə keçirilən və 2013-cü ilin yekunlarına həsr olunan tədbirdə mühüm məsələlər müzakirə olunmuş, növbəti il üçün konkret tədbirlər müəyyənləşdirilmişdir.
        Tədbirdə Xəzər rayon İcra Hakimiyyəti Başçısının Mərdəkan qəsəbəsi üzrə nümayəndəsi İ.Ş.Müqbilov, Mərdəkan bələdiyyəsinin sədri M.M.Hüseynov hesabat məruzələri ilə çıxış etmişlər. Onlar öz çıxışlarında qəsəbədə il ərzində görülən işlər və qəsəbənin sosial-iqtisadi vəziyyəti barədə konfrans iştirakçılarını məlumatlandırmışlar.
        Daha sonra Xəzər rayon İcra Hakimiyyəti Başçısı Gülağa İslamov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən Bakı şəhərinin qəsəbələrinə göstərilən diqqət və qayğıdan, gələcəkdə Xəzər rayonunun qəsəbələrinin daha da abadlaşdırılması, sakinlərin həyat şəraitinin müasir standartlara cavab verə biləcək səviyyəyə çatdırılması üçün görülməli olan işlərdən söz açmış, 2013-cü ildə rayonda görülən işlər və həyata keçirilmiş sosial yönümlü layihələr barədə geniş məlumat vermiş, ölkə başçısının tapşırıqlarına əsasən hazırda Xəzər rayonunda bir sıra infrastruktur obyektlərinin tikintisinin davam etdirildiyini bildirmiş və 2014-cü ildə Xəzər rayonunun sosial-iqtisadi həyatında əsaslı şəkildə dəyişikliklər olacağını qeyd etmişdir. 
     Tədbirin sonunda Rayon İcra hakimiyyətinin başçısı eyni zamanda sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyatı qurum rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir.

Keçidlər