Xəzər Rayon İcra Hakimiyyəti başçısı tərəfindən vətəndaşların növbəti onlayn qəbulu həyata keçirilib
21 avqust 2020-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən vətəndaşların növbəti onlayn qəbulu keçirilib.
Xəzər RİH başçısı Elşən Salahov sakinlərin müraciətlərini dinləyib, problemlərinin, təkliflərinin aidiyyəti üzrə qeydiyyata alınması və icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində həlli istiqamətində müvafiq göstərişlər verib.
Qəbula gələnlər belə çətin vaxtda onların müraciətlərinin dinlənilməsindən məmnunluqlarını ifadə edərək, koronavirus pandemiyasının Azərbaycanda yayılmasına qarşı görülən qabaqlayıcı tədbirlərə, virusa yoluxanların müalicəsinə, sahibkarlara, sosial həssas ailələrə, eləcə də sadə insanlara göstərilən diqqət və qayğıya görə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.