Xəzər rayonunun Şağan qəsəbəsində abadlıq-quruculuq işləri davam etdirilir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstəriş və tövsiyələrinə uyğun olaraq Xəzər rayonunda abadlıq və quruculuq işləri geniş vüsət alıb.
Rayonda mühüm tikinti-quruculuq və abadlıq işləri həyata keçirilir, irimiqyaslı infrastruktur layihələri icra olunur, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılır, əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qaz və su ilə təchizatı, səhiyyə və təhsil müəssisələrinin tikintisi və yenidən qurulması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Həmçinin, rayon ərazisində insanların arzu və istəkləri nəzərə alınaraq müasir tələblərə cavab verən yeni parklar, yaşıllıq zolaqları salınır, mövcud parklar, küçə və prospektlər abadlaşdırılır.
Bütün bu görülən işlər rayonun digər qəsəbələri ilə yanaşı Şağan qəsəbəsində də aparılır.
Belə ki, rayonunun Şağan qəsəbəsinin abadlaşdırılması, yolların asfaltlanması və küçələrin estetik görünüşünün yaxşılaşdırılması istiqamətində yenidənqurma işləri aparılır.
Qəsəbənin Məktəbli, N.Məmmədov, H.Xanızadə və Ş.İ.Xətai küçələrində ümumi görünüşünə xələl gətirən kommunikasiya xətləri nizamlanır, müvafiq yerlərdə yerüstü xətlər yerin altına salınır, işıq dirəkləri yeniləri ilə əvəz olunur, ətrafdakı hasarların, fərdi evlərin fasadlarında rənglənmə işləri görülür və sözügedən küçələrdə yeni asfaltlanma işləri görülür.
Ətraf mühitin qorunması və ekoloji vəziyyətin daha da yaxşılaşdırılması məqsədilə qəsəbə ərazisində mövcud yaşıllıqlara xüsusi diqqət göstərilərək ağac və gül kollarının suvarılması, çəmənliklərin biçilməsi, yabanı otların təmizlənməsi və ətraf ərazidə təmizlik işləri aparılır.
Bütün görülmüş işlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılır.
Sakinləri qəsəbədə gedən "tikinti-quruculuq və genişmiqiyaslı abadlıq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirirlər.