Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə rayonda tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir

16 avqust 2020 | 06:15

Azərbaycan Respublikasında koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə uyğun olaraq Xəzər rayonunda qabaqlayıcı tədbirlər davam etdirilir.
   15 avqust 2020-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyəti, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti və Xəzər Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin xüsusi texnikaları və Daxili İşlər Nazirliyinin xüsusi avtonəqliyyat vasitələri cəlb olunmaqla rayonun küçə və proskektlərində gücləndirilmiş dezinfeksiya işləri aparılaraq, yollar dezinfeksiyaedici kimyəvi maddələrlə yuyulub.
   Bundan əlavə, rayon üzrə inzibati binaların ətrafı, yaşayış binalarının həyətləri, blokları və pilləkən qəfəsələri, məişət tullantıları üçün konteynerlər zəruri avadanlıq və preparatlarla təchiz olunan işçi qruplar tərəfindən dezinfeksiya edilib.

Keçidlər