Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda növbəti qanvermə aksiyası keçirilib

15 avqust 2020 | 16:00

     15 avqust 2020-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə xüsusi karantin rejiminin tələblərinə əməl olunmaqla  talassemiyadan əziyyət çəkən uşaqlar üçün Şüvəlan qəsəbəsində yerləşən Mir Mövsüm Ağa ziyarətgahının xeyriyyə Qan Bankında qanvermə aksiyası keçirilib.
   Aksiyanın məqsədi Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar karantin rejimində qan ehtiyatı azalan talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara dəstək olmaq və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaq olub.
  Aksiyada Xəzər Rayon İcra Hakimiyyətinin kollektivi, bələdiyyələr, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, gənclər, o cümlədən ictimaiyyətin nümayəndələri könüllü şəkildə iştirak edərək qan veriblər.
Həkim briqadası bu xeyirxah kampaniyaya qoşulanları lazımi müayinədən keçirdikdən sonra qanvermə aksiyası həyata keçirilib.

Keçidlər