Mobil qruplar tərəfindən növbəti reydlər rayonun Qala qəsəbəsində keçirilib
14 avqust 2020-ci il tarixində Xəzər rayonunda koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarının icrasına nəzarət məqsədilə mobil qrup üzvləri tərəfindən rayonun Qala qəsəbəsində reydlər keçirilmişdir.
Reydlər zamanı fəaliyyətlərində nöqsan aşkar edilən bir neçə ticarət obyektlərinə ciddi xəbərdarlıqlar edilmiş və Rayon Polis İdarəsi tərəfindən qapalı məkanlarda qoruyucu maskalardan istifadə etməyən vətəndaşlar müəyyən edilərək onlarla bağlı qanunamüvafiq qaydada tədbirlər görülmüşdür.
Xəzər könüllüləri tərəfindən vətəndaşlara tibbi maska paylanılmış və insanların sıx olduğu yerlərdə, dayanacaqlarda, bankomatların və ticarət obyektlərinin qarşısında çap materiallarından ibarət xəbərdaredici və maarifləndirici təbliğat vasitələri yapşıdırılmışdır.