Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş tədbir keçirildi

18 yanvar 2014 | 16:00

Yanvarın 18-də Xəzər Rayon İcra Hakimiyyətinin akt zalında  20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş  tədbir keçirilmişdir.
      İlk öncə tədbir iştirakçıları faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra, tədbiri giriş sözü ilə açan RİH Başçısının I müavini V.Həsənov çıxış edərək 20 Yanvar hadisəsinin XX əsrdə xalqımıza qarşı yeridilən düşünülmüş mənfur siyasətin növbəti təzahürü olduğunu, bu  faciənin xalqımızın qan yaddaşında əbədi həkk olunduğunu , keçmiş Sovet İmperiyası ordusu  qarşısına silahsız,  əliyalın çıxaraq canlarından keçən 20 Yanvar şəhidlərinin müasir tariximizin qəhramanları olduqlarını qeyd etmiş,bu hadisəyə ilk dəfə  ulu öndərimiz Heydər Əliyev tərəfindən Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilmiş yığıncaqda siyasi qiymət verildiyini vurğulamışdır.
      Daha sonra Şəhid ailələri və əlillər çıxış etmiş və  onlara olan diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər. . 
Tədbirin sonunda RİH tərəfindən şəhid ailələri və əlillərə maddi yardım göstərilmiş və  ərzaq bağlamaları  təqdim olunmuşdur.
     Daha sonra tədbir Mərdəkan Mədəniyyət sarayında  keçiriləcək ədəbi-bədii kompozisiya ilə davam etdirilmişdir.

Keçidlər