Şriftin ölçüsü :

Saytın rəngi :

Düşmənin istənilən hərbi təcavüzünün qarşısı qətiyyətlə alınacaq

14 avqust 2020 | 16:00

1991-ci il bütün Sovet respublikaları kimi Azərbaycan Respublikası da öz müstəqilliyini elan etdi. Təəssüf ki, elə müstəqilliyimizin ilk illərində ölkəmizə qarşı qonşumuz Ermənistan Respublikası ərazi iddiaları irəli sürüb hərbi təcavüzə başlamışdı.Xaricdəki havadarlarının dəstəyi ilə öz işğalcılıq siyasətini davam etdirən Ermənistan torpaqlarımızın 20 faizini işğal etdilər. Tarix boyu bizim sülhpərvəzliyimizdən, mehriban qonşuluq duyğularımızdan sui-istifadə edən bu şər qonşumuz daima öz məkrli niyyətlərini gizli formada həyata kecirməyə calışmışlar. Ölkəmizlə eyni vaxtda öz müstəqilliklərini bəyan edən Ermənistan 1992-ci ilin 15 may tarixində Rusiyanın təşəbbüsü ilə yaradılan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olub. Eyni zamanda bu ölkənin ərazisində Rusiyanın 102-ci hərbi bazası fəaliyyət göstərir. Bütün bunlar Qarabağ müharibəsində həm hərbi texnika baxımından, həm də hərbi kadrların sayı baxımından o dövürdə yenicə yaradılan milli ordumuzu üstələyirdi.

Həmcinin o dövrdə səriştəsiz siyasi hakimiyyətin mövcudluğu, ordumuzda vahid komandanlığın olmaması ermənilərin ölkəmizə qarşı apardığı hərbi təcavüzü daha da sürətləndirdi. Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsindən sonra 1994-cu il 12 may tarixində Bişkek şəhərində Ermənistanla atəşkəs müqaviləsi imzalandı. Bu o zaman üçün çox önəmli addım idi. Daxili sabitliyə və iqtisadi inkişafa hesablanmış bu müqavilə sayəsində tez bir zamanda Azərbaycanda bütün sahələrdə olduğu kimi xarici düşmənə daima layiqli cavab verə biləcək güclü ordu yaradıldı. Ermənistan Respublikası isə atəşkəs rejiminin olmasına baxmayaraq zaman-zaman atəşkəsi öozub ölkəmizə qarşı təxribatlar törətməyə calışırdı, lakin istənilən təxribatın qarşısı ordumuz tərəfindən uğurla alınmışdır. Moniakal ideyalarla ölkəmizə qarşı maksimalist və həyasız tələblərlə yaşayan ermənilər bu ilin

   12 iyul tarixində Tovuz rayonu ilə sərhəddən yenidən təxribata əl atdılar istədiklərinə yenə də cata bilməyib şanlı ordumuz tərəfindən rüsvay edildilər.12 iyul təxribatından həm milli ordumuz, həm də Azərbaycan cəmiyyəti üzü ağ cıxdı. Bu hadisə həmcinin bizlərə ölkəmizin həqiqi dostu və düşməni kimdir bir daha öyrətdi. Təxribatın qarşısı alınandan sonra bəlli oldu ki, düşmən ölkə Serbiya Respublikasından çoxlu sayda silah-sursat və minaatan və müxtəlif kalibrli döyüş sursatı əldə edib. Serbiyanın bu cür hərəkəti həm Azərbaycan cəmiyyətində, həm də hökümət səviyyəsində tənqidlə qarşılandı. Bunun da əsaslı səbəbləri var.

   Ölkəmiz kimi Serbiya da separatizmdən əziyyət cəkir və Azərbaycan Respublikası daima Serbiya Respublikasına birmənalı dəstəyini nümayiş etdirir və Kosovanı Serbiyanın ərazisi kimi tanıyır. 2014-cu ilin may ayında Serbiyada sel daşqınları nəticəsində ölkəyə dəyən zərərin qarşısını almaq üçün ilk yardıma gələn ölkə məhz Azərbaycan Respublikası olmuşdur. Həm maddi, həm də mənəvi dəstəyini nümayiş etdirən ölkəmiz dostluq siyasətinə necə sadiq qaldığını əməldə nümayiş etdirmişdir. COVİD-19 virusuna qarşı mübarizədə də Azərbaycan daima Serbiyanın yanında olmuş və hər tərəfli dəstəyini göstərmişdir. Bütün bunların qarşılığında isə təcavüzkar

  Ermənistana silah satmaq, həm də onu işğalcı ölkə kimi tanıyaraq bunu etmək, sözün həqiqi mənasında böyük təəssüf hissi yaradır.Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Serbiyanın ölkəmizdəki müvəqqəti işlər vəkili Danitsa Veinoviç Belqradın Ermənistana böyük miqdarda silah-sursat verməsinə dair məlumatla bağlı Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırılıb. Xarici İşlər Nazirliyi tərəfindən Serbiyanın Ermənistanın işğalçı siyasətinə və

    Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən təcavüzünə dəstək xarakteri daşıyan qeyri-dost addımının Azərbaycan xalqında və rəhbərliyində dərin təəssüf doğurduğu bildirilib. Serbiyanın Ticarət və Telekommunikasiya naziri Rasim Ljajic bildirib ki, Bakının beynəlxalq təşkilatlardakı səsi Serbiya üçün olduqca vacibdir. Biz indi Azərbaycan hakimiyyətinin nümayəndələriylə danışmalı və bu vəziyyətin hər hansı bir şəkildə əlaqələrimizə xələl gətirməsinə imkan verməməliyik, əlimizdən gələni etməliyik ki, gələcəkdə bənzər hallara yol verilməsin. Avqustun 7-də Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edərək, iyul ayında Ermənistan-Azərbaycan sərhədində Ermənistanın təxribatı nəticəsində baş vermiş hadisələr zamanı Ermənistan tərəfinin Serbiyada istehsal olunan silahlardan istifadə etməsindən təəssüf hissi keçirdiyini bildirib, vəziyyətin araşdırılması ilə bağlı yaxın vaxtlarda Azərbaycana Serbiyanın yüksək səviyyəli nümayəndə heyətinin göndəriləcəyini qeyd edib.

   Bu çərçivədə Serbiyanın Baş nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi və Daxili İşlər naziri Neboyşa Stefanoviç Azərbaycanı ziyarət edib. O jurnalistlərə deyib ki, mən inanıram ki, bu səfər və görüşlər vasitəsilə biz daha yüksək səviyyəli əməkdaşlığa nail olacağıq. Bizim məqsədimiz yalnız təhlükəsizlik sahəsində deyil, digər sahələrdə də əməkdaşlığı gücləndirməkdir. Eyni zamanda bugünkü görüşdə biz təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə etdik və həssas informasilayarın mübadiləsi, terrorizmlə mübarizə və digər mühüm istiqamətlər üzrə əməkdaşlığı genişləndirmək barədə razılığa gəldik. Serbiya hökümətinə qarşı Azərbaycan dövlətinin tənqidi mövqeyi və onların da bir növ siyasi üzrxahlığı bir daha ölkəmizin beynəlxalq arenadakı gücünü və haqqlı olduğunu sübut etdi. Yuxarıda da qeyd etdiyimiz kimi Ermənistana illərdir apardıqları təcavüzkarlıq siyasətinə baxmayaraq hərbi dəstəyi şimal qonşumuz Rusiya Federasiyası edir.Rusiya bunu tərəflər arasında hərbi balans yaradıb bölgədəki təhlükəsizliyi qorumaq üçün etdiyini deyir, lakin ortada işğal mövcuddur və bu işğalı Rusiya dövləti də tanıyır üstəlik ATƏT-in MİNSK qrupunun həmsədr ölkəsi olaraq işğalcı dövlətə silah sursat verir.

    Tovuz təxribatından sonra məlum olur ki, Qazaxıstan, Türkmənistan və İranın hava məkanından istifadə etməklə Ermənistana 400 ton hərbi təyinatlı yük göndərib. Bu addım regionda çox təhlükəli bir vəziyyət yaradır. Məhz buna görə də avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinə zəng edərək hadisələrin mahiyyətini, Ermənistanın əsas məqsədinin münaqişəyə üçüncü tərəflərin də qoşulmasına calışmasını onun diqqətinə catdırıb.Həmcinin Cənab Prezident Rusiyanın Ermənistana intensiv hərbi təyinatlı yüklərin daşınmasına görə Azərbaycan ictimaiyyətində ciddi narahatlıq yaratdığını da qeyd edib. Ümumiyyətlə Prezident İlham Əliyevin rusiyalı həmkarı ilə telefon danışığında bu məsələni gündəmə gətirməsi çox böyük siyasi əhəmiyyət kəsb edir. Çünki Cənab Prezident İlham Əliyevin simasında dövlətimiz bir daha dünyaya bəyan etdi ki, Azərbaycan torpaqlarında nəinki ikinci erməni dövləti yaranmayacaq həmcinin istənilən dəstəyi almasına baxmayaraq Ermənistanın törədəcəyi hər hansı təxribatı qətiyyətlə alınacaqdır.İstər siyasi, istər hüquqi, istərsə də hərbi baxımdan ölkəmiz monoetnik Ermənistan Respublikasını üstələyir. Bunu həm Ermənistan rəhbəriyi, həm də faşist xəyallarla aldadılmış erməni cəmiyyəti gec- tez dərk edəcək.

ƏLİYEV MÜŞFİQ ƏNVƏR OGLU
AVMVİB sədrinin Respublika üzrə səlahiyyətli nümayədəsi,
Respublika Şəhid Ailələrinə «Qayğı» Cəmiyyətinin Sədri, 1992 — ci il Xəzər rayon Könüllü Batalyonunun komandiri, XƏZƏR RAYON SAKİNİ

Keçidlər