Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda mobil qruplar tərəfindən növbəti reydlər keçirilib

12 avqust 2020 | 16:00

11 avqust 2020-ci il tarixində Xəzər  rayonunda koronavirus (COVİD-19) pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarının icrasına nəzarət məqsədi ilə mobil qrup üzvləri tərəfindən rayonun Buzovna qəsəbəsində reydlər keçirilmişdir.

 

Reydlər zamanı fəaliyyətlərində nöqsan aşkar edilən bir neçə ticarət obyektlərinə ciddi xəbərdarlıqlar edilmiş və Rayon Polis İdarəsi tərəfindən qapalı məkanlarda qoruyucu maskalardan istifadə etməyən vətəndaşlar müəyyən edilərək onlarla bağlı qanunamüvafiq qaydada tədbirlər görülmüşdür.

 

 

Bundan əlavə, rayon ərazisində mobil qrupun üzvləri tərəfindən qəsəbə ərazisində ictimai yerlərdə, ticarət və iaşə obyektlərində və küçələrdə vətəndaşlar arasında maarifləndirci söhbətlər aparılmış, Xəzər könüllüləri tərəfindən vətəndaşlara tibbi maska paylanılmış və insanların sıx olduğu yerlərdə, dayanacaqlarda, bankomatların və ticarət obyektlərinin qarşısında çap materiallarından ibarət xəbərdaredici və maarifləndirici təbliğat vasitələri yapşıdırılmışdır.

 

 

Keçidlər