Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda mobil işçi qruplar tərəfindən növbəti reydlər keçirilib

11 avqust 2020 | 16:00

  10 avqust 2020-ci il tarixində Xəzər  rayonunda koronavirus (COVİD-19) pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarının icrasına nəzarət məqsədi ilə mobil qrup üzvləri tərəfindən rayonun Binə qəsəbəsində reydlər keçirilmişdir.

   

  Reydlər zamanı Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədi ilə yaradılmış mobil qrupun üzvləri tərəfindən qəsəbə ərazisində ictimai yerlərdə, ticarət və iaşə obyektlərində və küçələrdə vətəndaşlar arasında maarifləndirci söhbətlər aparılmış, Xəzər könüllüləri tərəfindən vətəndaşlara tibbi maska paylanılmış və insanların sıx olduğu yerlərdə, dayanacaqlarda, bankomatların və ticarət obyektlərinin qarşısında çap materaillarından ibarət xəbardaredici və maarifləndirici təbliğat vasitələri yapşıdırılmışdır.

 

  

  Reydlər zamanı Nazirlər Kabinetinin Operativ Qərargahının tələblərinə zidd fəaliyyət göstərən İctimai-iaşə və ticarət obyektlərinin sahiblərinə ciddi xəbərdarlıq edilərək tələb olunan qaydalardan istifadə və sanitar-gigiyena qaydalarına ciddi riayət edilməsi barədə göstərişlər verilmişdir.

 

Mobil qruplar tərəfindən reydlər rayonun Binə qəsəbəsi ilə yanaşı digər qəsəbələrində də gündəlik olaraq davam etdiriləcək.

 

 

Keçidlər