Xoşbəxt gələcək naminə
Bütün dünya ölkələrini əhatə etmiş koronavirus pandemiyası Azərbaycandan da yan keçməmişdir. Lakin dövlət başçısı Cənab Prezident İlham Əliyevin hələ lap başlanğıc mərhələdə vaxtında və səmərəli qabaqlayıcı tədbirlər görməsi sayəsində pandemiyanın yayılmasının qarşısı alınmaqdadır. Hazırda koronovirusa qarşı mübarizədə müsbət dinamika izlənilir. İyul ayının ortalarından etibarən respublikamızda gündəlik yoluxanların sayının sağalanların sayından az olması virusla mübarizənin düzgün istiqamətdə getdiyinin və nəzarət altında olduğunun göstəricisidir. Koronaviusla mübarizədə bilavasitə səhiyyə işçilərinin əməyi əvəzolunmazdır.
Məhz həkim və tibb personalının danılmaz və yorulmaz fəaliyyəti nəticəsində respublikamızda bu virusun ağırlaşmalarından ölənlerin sayı azdır. Bu gün respublikada mövcud olan xəstəxanalardan 46-sı tamamilə koronaviruslu xəstələrin xidmətinə verilmişdir. İyun-iyul aylarında yoluxmuş xəstələrin sayının artmasını nəzərə alaraq, yeni modul tipli xəstəxanaların tikilib istifadəyə verilməsi qərara alındı və beləliklə, 9 modul tipli xəstəxana virusdan əziyyət çəkən xəstələrin xidmətinə verildi. Bunlardan əlavə, Fövqaladə Hallar Nazirliyinin 800 çarpayılıq bir xəstəxanası da koronaviruslu xəstələrə xidmət göstərir. Xəstələrin çoxaldığı müddətdə 2 Olimpiya İdman Kompleksinin xəstəxanaya çevrilmə məsəslələri həll olundu və qısa müddət ərzində istifadəyə verildi.Bütün bu müddət ərzində digər sosial –iqtisadi məsələlər də diqqətdən kənarda qalmamışdır. 2020-ci ildə həyata keçirilən sosial layihələrin həcmi rekord həddə çatmışdır: 7 mindən çox məcburi köçkün ailəsinin və ordu sıralarında qüsursuz xidmət etymiş 400-dən çox hərbçinin dövlət tərəfindən pulsuz mənzillərlə təmin olunması nəzərdə tutulmuşdur. Keçən illərlə müqayisə etsək, 2019 –cu ildə müharibə əlilləri və şəhid ailələrinə 934 mənzil verimişdisə, bu il bu rəqəm 1500-ə çatdırılmışdır. Pandemiya dövrü olmasına baxmayaraq bütün digər sosial proqramlar kimi, bu proqramlar da şəxsən prezident İlham Əliyevin daimi nəzarəti altında həyata keçirilməkdədir.
Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların minik avtomobilləri ilə təmin olunması da diqqət mərkəzində olan məsələlərdəndir. 2020-ci il ərzində həmin şəxslərə 400 avtomobil verilməsi nəzərdə tutulmuş, 150-si təqdim olunmuşdur.
Şəhid ailələri Prezidentin aylıq təqaüdü ilə təmin olunurlar. Bu təqaüd 2019-cu ildə 242 manatdan 300 manata çatdırılıb. Ümumən, ötən dövrdə bu təqaüdün məbləği 3 dəfə artırılıb.
Aprel-may aylarında 190 manat (yaşayış minimumu) birdəfəlik ödəmə ölkə üzrə 600 min şəxsə ödənilib.
İyul ayında sərt karantin rejimi tətbiq edilən 16 şəhər və rayon (Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax, Abşeron Goranboy, Göygöl, Mingəçevir, Bərdə, Xaçmaz, Samux, Siyəzən, Şəki) üzrə 290 min şəxsə 55 milyon manat vəsait sərf olunub.
Son zamanlar yoluxma sayının azalması və sağalma sayının artması həkim və digər tibb personalının və gərgin iş rejimində yorulmaq bilmədən öz canlarını riskə ataraq fədəkarcasına çalışmağının məntiqi nəticəsidir. Lakin bu virusla mübarizə təkcə səhiyyə sistemini deyil, cəmiyyətin bütün halqalarını əhatə etməlidir. Hər bir vətəndaş bilməlidir ki, dövlətin qoydyğu qadağalar, gördüyü tədbirlər hamını eyni nöqtəyə vurması nəticəsində səmərə verə bilər.
Koronavirusla bağlı mübarizədə addımlarımızı vəziyyətə uyğun şəkildə atacağıq. Biz hamımız yaxşı başa düşürük ki, insanlar yorulub, karantin rejimi hamımızı yorur. Müsbət dinamika karantin rejiminin yumşalmasına gətirib çıxarır. Ancaq burada da çox ciddi nəzarət mexanizmi olmalıdır. İndi açılan obyektlərdə bütün sanitar-epidemioloji normalar tam təmin edilməlidir. Sosial məsafə təmin olunmalıdır. Obyektlərdə göstərilən xidmət yeni qaydalar əsasında təşkil edilməlidir. Bizim bu xəstəliklə bağlı əsas məqsədimiz insanların sağlamlığıdır. Ona görə hamı məsuliyyətli olmalıdır. Əgər belə olsa, qısa müddət ərzində bu karantin rejimini daha da yumşaldıb normal həyata daha tez qayıtmaq mümkün ola bilər.
Sultan Əliyev
14 nömrəli BŞX-nın Baş Həkimi