Şriftin ölçüsü :

Saytın rəngi :

Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır-İlham Əliyev

08 avqust 2020 | 16:00
Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır-İlham Əliyev
Avqustun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda müşavirə keçirib. Bu müşavirədə ölkə rəhbəri bir çox məsələlərə, qarşıya cıxan problemlərə və onların həlli istiqamətində öz tapşırıq və tənqidi fikirlərini səsləndirdi.

Qlobal pandemiya dövründə Cənab Prezidentin başcılığı ilə hökümətin gördüyü işlər və yürüdülən siyasətin nəticəsində bir daha onu göstərir ki, Azərbaycan vətəndaşının sağlamlığı, onun sosial-iqtisadi güzəranı daima dövlətin diqqət və qayğısındadır. Belə ki, Prezident İlham Əliyevin qeyd etdiyi kimi artıq COVİD-19 virusuna yoluxanlarla sağalanlar arasında ciddi fərq yaranıb. Bu virusdan sağalanların sayında günü-gündən artım müşahidə olunmaqdadır. Bu isə dövlətimizin gördüyü qabaqlayıci, epidemolojı-sanitar tədbirlər nəticəsində mümkün olmuşdur. Bütün bunlar biz - ölkə vətəndaşlarında ümid hissi yaradır ki, tez bir zamanda bu bəladan qurtula bilək. Cənab Prezidentin birbaşa başcılığı ilə yaxın zamanda modul tipli xəstəxaların sayının 16-a catdırılması həmcinin xəstəxalarda carpayı sayının artırılması virusun azaldığı bir vaxtda dövlətin öz qabaqlayıcı tədbirinin yüksək səviyyədə olduğunu bir daha sübut edir.
   Sosial sahə də hər il olduğu kimi yenə də Cənab Prezidentin diqqət mərkəzində oldu. Belə ki, müşavirədə 7 mindən çox məcburi köçkün, 1500 şəhid ailəsi, Qarabağ müharibəsi əlili, 400 həbçi dövlət tərəfindən mənzillə təmin olunması haqqında Prezident İlham Əliyev məlumat verməklə Azərbaycan dövlətinin sosial dövlət olduğunu, sosial rifahın yüksəldilməsi dövlət siyasətinin mərkəzində durduğunu göstərir. Bundan başqa ölkədə pandemiya ilə əlaqədar olaraq öz fəaliyyətini dayandıran özəl sektor sahəsində calışan sahibkarlara və işçilərə dövlətin maliyyə dəstəyi verməsi, işsizlərə 190 manat sosial yardımın ayrılması həmçinin avqust ayında da həmin sosial yardımın edilməsi üçün Prezidentin verdiyi tapşırıq ölkə vətəndaşlarının bir daha rəğbətilə qarşılandı. Dəfələrlə Cənab Prezident qeyd edib ki, mənim üçün əsas insanların sağlamlığı dayanır. O bunu sözdə yox əməldə nümayiş etdirir. Belə ki dövlət müəssisələrində calışan 900 min vətəndaşın maaşları 4 aydır ki, vaxtında ödənilir baxmayaraq ki, bir çox inkişaf etmiş ölkələr bu prosesi davam etdirməyərək tətbiq etdikləri karantin rejimini yumşaltmağa başlamışdılar. Nəticədə virusa yoluxma halı artıq həmin ölkələrdə yenidən artmağa başlayıb. Lakin Cənab Prezidentin uzaqgörən siyasəti nəticəsində vətəndaşların evlərində qalmaqla onların maaşlarının verilməsi yoluxmanın azalacağını həmcinin də sosial durumunun aşağı düşməyəcəyini isbat etdi. Bir çox ölkələrdə işsizliyin pandemiya dövründə artığı bir vaxtda ölkə başcısının bu istiqamətdə qabaqlayıcı tədbir görməsi, məhz onun tapşırığı ilə vətəndaşların davamlı və müvəqqəti iş yerləri ilə təmin olunması milli iqtisadiyyatımızın üzləşdiyi qlobal böhranla mübarizədə öz müsbət təsirini verdi. 38 min vətəndaşın 2 aylıq, 52 min vətəndaşın daimi işlə təmin olunması bütövlükdə 90 min iş yerinin acılması milli iqtisadiyyatda daxili bazarın tənəzzülünün qarşısı müvəffəqiyyətlə alındı, pul dövriyyəsinin dinamik fəaliyyəti saxlanıldı. Ölkədə təqaüdlərin, maaşların, sosial yardımların vaxtında bəzən isə vaxtından tez verilməsi ölkəmizdə aparılan sosial siyasətin uğurundan xəbər verir. Dövlətimizin xarici və daxili borclarında artım olmaması, iqtisadi sabitliyin qorunması isə gələcəyə olan ümidlərimizi daha da artırır.
Müşavirədə Cənab Prezidentin vergi sahəsinin inkişaf etdirilməsinə toxunması, kölgə iqtisadiyyatının tam aradan qaldırılması üçün bütün lazimi tədbirlərin görülməsi bizlərdə mütləq inam yaradır ki, ölkəmiz tezliklə bu sahədə də dünyaya nümunə ölkələrdən olacaqdır. Həmcinin enerji istehsalı, nəqliyyat sahəsində fəaliyyət göstərən dövlət şirkətlərinin bəzi nöqsanlarını tənqid etməsi,dövlətin verdiyi subsidyalarla onların ödədiyi verginin disbalans olması haqqında fikirləri, mövcud məsələlərin həlli istiqamətində verdiyi tapşırıqlar bizləri əmin edir ki, tez bir zamanda bu nöqsanlar da aradan qalxacaq.
   Bu müşavirə bir daha onu göstərdi ki, mövcud pandemiya ilə əlaqədar həm dövlətin, həm də hər bir Azərbaycan vətəndaşının üzərinə böyük məsuliyyət düşür. İnanırıq ki, bu global pandemiya ilə mübarizədən xalqımız məhz Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qalib cıxacaq.

  http://gununxeberi.az/index.php/gundem/19804-siyas%C9%99timizin-m%C9%99rk%C9%99zind%C9%99-az%C9%99rbaycan-v%C9                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                          

Tural Qasımov
                                                                                                                                                                                                     Xəzər rayon gənci

Keçidlər