Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonu üzrə çimərliklər karantin rejiminin tələblərinə uyğun şəkildə fəaliyyətə başlayıb

05 avqust 2020 | 16:00

 5 avqust 2020-ci il tarixdən etibarən Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində ölkə üzrə çimərliklərin fəaliyyətinə icazə verilib.
Xəzər rayonu üzər ümumilikdə 53 çimərlik karantin rejiminin tələblərinə uyğun şəkildə fəaliyyətə başlayıb. Fəaliyyət göstərən çimərliklərə Xəzər Rayon İcra Hakimiyyəti, ASAN könüllülər və digər əlaqədar qurumların əməkdaşları tərəfindən nəzarətçilər təhkim olunmuş və həmin nəzarətçilər tərəfindən karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalara əməl olunma vəziyyəti nəzarətdə saxlanılır.

    

  Bundan əlavə, Xəzər rayonu üzrə fəaliyyətə başlayan çimərliklər ərazisində insanların istirahət etməsi üçün lazimi şəraitin yaradılması və yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə lazimi tədbirlər görülmüşdür.

    
  Belə ki, hər bir çimərlikdə maarifləndirici lövhələr quraşdırılıb, işçi personal tərəfindən sosial məsafə saxlanılması, dezinfeksiyaedici vasitələrdən mütəmadi olaraq istifadə edilməsi, təmizliyə riayət olunması məqsədilə ərazi boyunca zibil konteynerləri, qoruyucu maskaların atılması üçün qutular quraşdırılıb.

    
  Həmçinin, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində yaradılmış nümunəvi ictimai çimərlik vətəndaşların istifadəsinə verilib. Çimərlikdə karantin dövrünün tələblərinə uyğun olaraq tibbi-profilaktiki tədbirlər həyata keçirilib, insanların lazımi məsafə saxlaması üçün ərazi boyu baryerlər çəkilib, dezinfeksiya dispenserləri qoyulub, karantin və təhlükəsizlik qaydalarına, eləcə də təmizliyə riayət olunması ilə bağlı xəbərdarlıq edən maarifləndirici lövhələr quraşdırılıb.

    

  Eyni zamanda, vətəndaşların rahatlığının təmin olunması və məlumatlandırılması məqsədilə Xəzər rayonu üzrə fəaliyyət göstərən çimərliklərdəki sıxlıq səviyyəsinin öyrənilməsi və daha az insanın olduğu əraziyə üz tuta bilmələri üçün  “Çimerlik.az” Portalı üzərindən öperativ məlumatların əldə edilməsi üçün RİH-nin rəsmi saytında və “facebook” səhifəsində elanlar yerləşdirilmişdir.

Keçidlər