Qəhrəman xalqın şanlı ordusu
Doğma yurdumuz Azərbaycan yerləşdiyi coğrafi mühitə, malik olduğu təbii sərvətlərə görə tarix boyu daima yadelli işğallarına, xarici düşmənlərin hücumlarına məruz qalıb, lakin hər dəfəsində baş vermiş bu müharibələrdə xalqımız daima mərdlik və qəhrəmanlıq dastanları yaratmışdır. Tariximizin səhifələrini vərəqlədikcə bizlərə aydın olur ki, məhz xalq olaraq bizlər birlik olduqca qarşımıza cıxan istənilən qüvvələrin öhdəsindən layiqincə gələ bilirik.
Ötən əsrin əvvəllərindən dünyanın imperialist dövlətlərinin təzyiqi və təsiri ilə öz doğma torpaqlarımızda yaradılan Ermənistan Respublikası zaman kecdikcə özlərinin uydurduqları yalanlara aludə olaraq daima mehriban qonşuluq prinsiplərinə xəyanət edərək ölkəmizə qarşı ərazi iddialarında olublar. Müstəqilliyimizin ilk illərində hakimiyyət daxili mübarizdən, milli ordu quruculuğunun arxa plana atılmasından istifadə edən mənfur qonşularımız cənnət məkan Qarabağ yurdumuza hərbi təcavüz edib oradaki erməni icmasının separatcılıq meyllərini alovlandıraraq torpaqlarımızı işğal etmişdilər. Buna baxmayaraq xalqın istək və tələbilə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyevin səyləri nəticəsində müharbə atəşkəslər əvəzlənib milli ordu quruculuğuna və iqtisadiyyatımızın inkişafına yönəlmiş siyasi addımlar atılmağa başladı və tez bir zamanda qarşıya qoyulan məsələlər öz həllini tapdı. Ulu Öndərimizin layiqli davamcısı cənab prezident İlham Əliyev də bu sahənləri daima diqqət mərkəzində saxlamaqla inkişafı axarlı hala gətirdi. Məhz Ulu Öndərin və onun davamcısı Cənab Prezident İlham Əliyevin xarici siyasətləri nəticəsində dünyanın heç bir ölkəsi Ermənistanın işğalına haqq qazandırmadı əksinə bütün ölkələr bu addımı hərbi təcavüz və işğal kimi tanıdı. Bütün bunlara baxmayaraq mənfur qonşumuzun öz niyyətindən geri cəkilməməsi və torpaqlarımız hesabına öz ərazilərini genişləndirmə siyasətini dərk edən xalqımız dövlətimizin ətrafında sıx birləşmişdir.
Təsədüfi deyildir ki, XXI əsrdə də xalqımızın bu işğalcılara qarşı mübarizədə qəhrəmanlıq dastanı davam edir. Bütün cəbhə boyu ərazilərdə mərd oğullarımız düşmənə qarşı mərdliklə mübarizə aparır. Ata-babalarımızdan əmanət olaraq aldığımız, üzərində xoşbəxt və firavan yaşadığımız, yer üzünün cənnəti olan bu gözəl yurdumuzu , onun üzərində atalarımızın qurduqları sivilizasiya və mədəniyyət xəzinələrini, dilimizi, mənəviyyatımızı qoruya bilmək, yaşatmaq və gələcək nəsillərə ötürmək üçün onu müdafiə etməyə hər an hazır olmalıyıq. Xüsusilə Prezident, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu sahəsində yürütdüyü siyasət, həyata kecirdiyi islahatlar öz müsbət nəticələrini verməkdədir. Bir ölkənin inkişafı və onun qüdrətli olması üçün iki amil vacibdir. Biri davamlı möhkəm iqtisadiyyat, digəri isə güclü ordu. Məhz bu iki amili uğurla həyata kecirən Ali Baş Komandan İlham Əliyev daima xalqın dəstəyini və sevgisini almaqdadır. Bütün bunların məntiqi nəticəsi kimi, əminliklə qeyd edə bilərik ki, xalqımızın, xüsusilə gənclərimizin milli vətənpərvərlik duyğuları hər kecən gün daha da artmaqdadır. Bunun əyani sübutu kimi Milli Qəhrəmanımız şəhid Mübariz İbrahimovu və Fərid Əhmədovun igidliklərini göstərə bilərik. Həmcinin 2016-ci il aprel ayındakı döyüşlərdə düşmənə vurulan ağır zərbələrdə ordumuzun qüdrətini, əsgər və zabitlərimizin mərdliyini bütün dünya gördü. Hər kəsə bir daha bəyan oldu ki, dövlətimiz və xalqımız heç vaxt bu işğalla barışmayacaq və gec-tez bu torpaqlarımızı işğalcılardan və separatcılardan təmizləyəcəyik.
Aprel döyüşlərində bir necə saat ərzində Lələtəpə yüksəkliyinin alınması ilə 1994cü ildə düşmənin daima nəzarətində olduğu üçün yaşanılması mümkünsüz olan Cəbrayıl rayonunun Cocuqmərcanlı kəndinin təhlükəsizliyi təmin olundu. Dağlıq Qarabağ ərazisində yerləşən Xocavənd və Ağdərə rayonlarının minlərlə hektar ərazilərinin düşməndən təminzlənməsi onlarla cəbhəyanı kəndlərimizi düşmənin vura biləcəyi maddi ziyandan xilas etdi. Bundan əlavə 2018ci ildə Naxçıvan MR-nın Şərur rayonunun işğal altında olan Cünnüt kəndinin və ətraf ərazilərin azad edilməsi nəticəsində 11 min hektar əraziyə nəzarəti ordumuz ələ kecirdi. 26 kilometr məsafəni əhatə edən əməliyyat nəticəsində 7 kilometrədək dərinlikdə əlverişli yüksəkliklər düşməndən təmizləndi. Qızılqaya yüksəkliyinin ələ kecirilməsi İrəvan-Yexeqnazor-Gorus-Lacın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verdi. Bu ilin 12 iyul tarixində Tovuz royununa edilən erməni təxribatının da qarşısı uğurla alındı. Düşmənin 100 yaxın canlı qüvvəsi və texnikası məhv edildi.
Erməni təxribatı nəticəsində general mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev kimi ordumuzun yüksək rütbəli zabitlərinin şəhid olması onu göstərdiki düşməndən fərqli olaraq ordumuzda hər bir zabit siravi əsgərin arxasında yox onlarla ciyin-ciyinə vuruşur və hətta şəhid olurlar. Düşmən təxribatının başlamasından bir gün kecməmiş xalqımızın hər bir nümayəndəsi ordumuzun və Ali Baş Komandan İlham Əliyevin yanında olduğunu və onu dəstəklədiyini nümayiş etdirdi.
Cənab Prezident İlham Əliyevin şəhid olmuş əsgər və zabitlərin ailələrinə dövlətin diqqət və qayğısını göstərən sərəncamlar verməklə bir daha xalq-iqtidar, xalq-ordu birliyini möhkəmlətdi. Mənfur düşmənlərimiz, həmcinin sapı özümüzdən olan baltalar-beşinci kalon nümayəndələri daxil olmaqla, Azərbaycanın uğurlu inkişafını istəməyən hər bir xarici qüvvələrə aydın oldu ki, Azərbaycan xalqı, xüsusilə gənclərimiz daima dövlətinin və rəhbərinin yanındadır. Bu birliyimiz möhkəm və davamlı olduqca onların ölkəmizə qarşı istənilən mənfur niyyəti heç vaxt reallaşmayacaq.
Tural Qasımov
Xəzər rayon gənci