Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə dezinfeksiya tədbirləri davam etdirilir

19 iyul 2020 | 04:00

     Azərbaycan Respublikasında koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə uyğun olaraq Xəzər Rayon İcra  Hakimiyyəti tərəfindən qabaqlayıcı tədbirlər davam etdirilir.
     18 iyul 2020-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyəti, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti və Xəzər Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin xüsusi texnikaları və Daxili İşlər Nazirliyinin xüsusi avtonəqliyyat vasitələri cəlb olunmaqla rayonun küçə və proskektlərində gücləndirilmiş dezinfeksiya işləri aparılaraq, yollar dezinfeksiyaedici kimyəvi maddələrlə yuyulub.
      Bundan əlavə, rayon üzrə inzibati binaların ətrafı, yaşayış binalarının həyətləri, blokları və pilləkən qəfəsələri, məişət tullantıları üçün konteynerlər zəruri avadanlıq və preparatlarla təchiz olunan işçi qruplar tərəfindən dezinfeksiya edilib.

 

Keçidlər