Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistanln təxribatına qətiyyətli cavab

15 iyul 2020 | 10:00

  2020- ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan- Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejiminin pozulması növbəti təcavüz və təxribatdır.
  Rəsmi məlumatlarda bildirilir ki, iyulun 12- də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan- Ermənistan dövlət sərhəddini pozmuş və Ermənistan özünün təcavüzkar və terrorcu dövlət olmasını növbəti dəfə nümayiş etdirmişdir.Bununlada Azərbaycanın dinc əhalisinin sıx yaşadığı əraziləri artilleriya atəşinə tutan Ermənistan öz üzərinə götürdüyü bütün öhdəliklərini, beynəlxalq humanitar hüquq da daxil olmaqla beynəlxalq hüququn fundamental norma və prinsiplərini kobudcasına pozur. Bu təxribatın arxasında duran Ermənistan rəhbərliyi öz nasist xislətini üzə çıxarır.
  Lakin buna baxmayaraq Azərbaycan ordusunun həyata keçirdiyi əks tədbirlər nəticəsində dümşən geri otuzdurulub, onun canlı qüvvələri və hərbi texnikasına ciddi zərbələr endirilmişdir. Azərbaycan ordusunun əks tədbirləri adekvat xarakter daşıyıb və Ermənistanın təxribatına qətiyyətli cavab verilib. Yayılmış vidiolarda da göründüyü kimi Azərbaycan ordusu Ermənistanın hərbi bölmələrinin mövqelərinə güclü zərbələr endirib, nəticədə düşmənin xeyli sayda texnikası və canlı qüvvəsi məhv edilib. Ermənistan silahlı qüvvələrinin davam edən təxribatlarının qarşısı həmişə olduğu kimi müvəffəqiyyətlə alınmış bunun nəticəsində Azərbaycanın ərazisi tam qorunmuşdur, mülki əhali arasında heç bir itki olmamışdır və düşmənin bütün həmlələrinin qarşısı alınmışdır.
Ermənistan hərbi bölmələrinin Azərbaycan- Ermənistan sərhədində növbəti təxribatı Ermənistan hakimiyyətinin həm beynəlxalq ictimaiyyətin diqqətini aktual məsələlərdən yayındıraraq fərqli istiqamətə yönəltmək, həm də ölkə daxilində müşahidə olunan ciddi gərginliyi azaltmağa istiqamətləndirilmişdir.
  Azərbaycanla sərhəddə təxribat Paşinyan hakimiyyətinə xarici düşmən mövzusunu qabartmağa və öz səriştəsiz idarəçiliyinin yaratdığı problemləri gündəmdən çıxartmağa hesablanıb.
  Reallıq budur ki, Ermənistanda əhalinin  hakimiyyətə etimadının itməsi ilə əlaqədar dərin böhran yaşanılır. Ciddi sosial-iqtisadi problemlər, korrupsiya, koronavirusla mübarizə sahəsində saysız-hesabsız problemlər, azad sözə qarşı repressiyaların tətbiq edilməsi və s. reallıqlar Paşinyan hakimiyyətini çox mürəkkəb vəziyyətə salıb.  Görünür, işğalçı dövlət  bu kimi məqamlardan, daxili problemlərdən diqqəti yayındırmaq üçün cəbhə xəttində növbəti təxribatı törətməyi çıxış yolu hesab edib.
   Həmişə olduğu kimi Ermənistan hakimiyyəti indi də məsələnin mahiyyətini gizlətməyə, yalan məlumatlarla beynəlxalq və yerli ictimaiyyəti çaşdırmağa çalışır. Ermənistan hakimiyyətinin uydurmaları, ölənlər haqqında məlumatları gizlətməsi Ermənistan ictimaiyyətində ciddi narazılıq doğurub. Ermənistanda etiraz aksiyalarına başlanılıb, fəallar sosial şəbəkələrdə Ermənistan hakimiyyətini ciddi tənqid edirlər. Ermənistanı hakimiyyətinin guya Azərbaycan hərbi bölmələrinin mövqeyini ələ keçirməsi, yeni yüksəkliklər əldə etməsi barədə iddialar yalan və dezinformasiyadan başqa bir şey deyil. Hətta bu ölkənin ictimaiyyəti, fəal sosial şəbəkə istifadəçiləri belə bu kimi iddiaları ironiya ilə qarşılayırlar. Yaranmış bu vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür.
   İyulun 12-də baş vermiş hadisə Azərbaycan ictimaiyyəti tərəfindən hiddətlə qarşılanır, bu isə Azərbaycan cəmiyyətində vətənpərvərlik hissinin yüksək səviyyədə olduğunu nümayiş etdirir. Artıq Azərbaycan xalqı bilir ki, bu gün Azərbaycan güclü həm də nizami orduya malikdir. Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad etməyə hazırdır və buna qadirdir.Ona görə də arzuolunmaz çağırışlar və təşəbbüslər yalnız düşmənlərimizi sevindirə, ölkəmiz, silahlı qüvvələrimiz haqqında uydurmalarını daha da genişləndirməyə imkan yarada bilər.
   Diplomatik mübarizədə qələbə qazanan Azərbaycanın sülh danışıqları səmərə vermədiyi təqdirdə hərb variantını seçərsə, qələbə qazanacağı şübhəsizdir. Qeyd etdiyimiz kimi, Aprel döyüşləri, Günnüt zəfəri Azərbaycanın malik olduğu imkanların, Milli Ordumuzun  gücünün təqdimatıdır. Silahlı Qüvvələrin Ali Baş Komandanı, ölkə Prezidenti cənab İlham Əliyev bu əminliyi ifadə edərək bildirir ki, “Gün gələcək işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq.”
   Təcavüzkar siyasətini davam etdirən, Azərbaycanın beynəlxalq tanınmış ərazilərinin işğalının nəticələrini dərinləşdirməyə çalışan Ermənistan rəhbərliyi əmin olsun ki, bu siyasət ona rüsvayçılıq, iflas və özünü məhvetmədən başqa bir şey vəd etmir. Ermənistan rəhbərliyi düşünməsin ki, onların törətdiyi əməllər cəzasız qalacaq. Hər bir işğal halında olduğu kimi, Ermənistan işğalı da müvəqqəti xarakter daşıyır və bu ölkə törətdiyi bütün qanunsuz əməllərə görə cavab verəcək.

Mirzəyev Mürvət Qarabağlı oğlu

322 nömrəli tam orta məktəbin direktoru

Keçidlər