Azərbaycan Resspublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə BMT baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi
Cənab İlham Əliyev ulu öndər H.Əliyev kimi millətini dünya svilizasiyasının önündə görməsi, soydaşlarının güclü, mətin, savadlı, mədəni, fiziki və əqli cəhətdən sağlam yetişməsi üçün əlindən gələni edir.
2003-cü ilin Oktyabrında prezident seçilən İlham Əliyev, Ulu öndər mərhum prezidentimiz Heydər Əliyevin yolunu uğurla davam etdirir. Prezident İlham Əliyev ölkədə qanunçuluğun gücləndirilməsinə, iqtisadiyyatın inkişaf etdirilməsinə, əhalinin sosial rifahının yaxşılaşdırılmasına, Azərbaycanın Beynəlxalq nüfuzunun gücləndirilməsinə xüsusi fikir verir.
XXI əsrin ilk illərində Azərbaycan neft strategiyasının əsas istiqamətlərindən biri Azərbaycan neftinin və qazının dünya bazarına nəql edilməsi olmuşdur.
Xəzər dənizində “ Azəri”, “Çıraq”, “Günəşli” neft yataqları istismara verildi.
“Şahdəniz” yatağında aparılan uğurlu qazma işləri Azərbaycanı böyük həcmdə qaz istehsal edən ölkəyə çevirdi.
2006-cı il iyulun 13-də dörd il əvvəl təməli qoyulan Bakı-Tiblisi-Ceyhan əsas neft kəməri istifadəyə verildi.
2006-cı ildə daha bir kəmər Bakı-Tiblisi-Ərzurum qaz kəməri istifadəyə verildi. Bütün bunlar Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsinə xidmət edir.
2013-cü ilin dekabrında Azərbaycan təbii qazının Avropaya böyük həcmdə çıxarılması üçün müqavilə imzalandı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “XXI əsrin müqaviləsi” adlandırdığı bu sənəd: Trans Anadolu (TANAP).
Trans Adriatik (TAP) qaz kəmərlərinin tikintisini reallığa çevirdi.
Prezident İlham Əliyev iqtisadiyyatın neft və qaz istehsalı və ixracından aslılığının azaldılması üçün qeyri-neft sektorunun inkişafina diqqəti artirdı.
2013-2018-ci illərdə Bakıda Gön-dəri zavodu, “ Star LTD” zavodu, Gəncə Avtomobil zavodu yenidən quruldu, Naxçıvanda yeni avtomobil zavodu işə salındı, 5 beynəlxalq hava limanı , 4 Avtovağzal kompleksi 4 metro tikilib istifadəyə verildi.
2017-ci ilin 30 oktyabrında Bakı-Tiblisi-Qars dəmir yolu istifadəyə verildi. Ələtdə Beynəlxalq Liman Kompleksi inşa edildi. Təkcə Bakı şəhərində 572 km yol əsaslı şəkildə təmir olundu, 32 yol qovşağı, 35 körpü və tunel istifadəyə verildi.
Əhalinin sosial rifahını yaxşılaşdırmaq üçün yeni məktəblər, muzey və müalicə- diaqnostika mərkəzləri istifadəyə verildi. Xeyli istirahət parkları açıldı. Dənizkənarı bulvar yenidən quruldu, müasir Olimpia kompleksləri, Oğuz-Qəbələ-Bakı su kəməri istifadəyə verildi.
Azərbaycanda məcburi köçkünlərlə bağlı sosial tədbirlər həyata keçirildi. 2007- ildə bütün çadır şəhərcikləri ləğv edildi. 110 minlik 57 müasir qəsəbə və məhəllələr salındı. 2020-ci ildə 7 min Məcburi köçkün ailəsinin evlərlə təmin olunması nəzərdə tutulur.
Cəmiyyətimiz inkişaf etdiyinə görə Konstitusiyada 2002, 2009 və 2016-cı illərdə bir sıra dəyişikliklər edildi.
Prezident İlham Əliyev Xarici siyasətdə də uğurlu addımlar atdı. 2003-cü ilin dekabrında Çenevrə İnformasiya Cəmiyyəti üzrə dünya Sammitində iştirak etdi. 2006-cı ildə prezident İlham Əliyev ABŞ-a ilk rəsmi səfər etdi. 2011-ci il Oktyabrın 24-də Azərbaycan 2012-2013 –cü illər üçün BMT-nin təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. 2014-cü il sentyabrın 29-da Həştərxan Sammiti keçirildi. Sammitdə
Azərbaycan , Rusiya, Türkmənistan, Qazaxıstan və İran dövlət başçıları iştirak etdi. Bu Sammitdə Xəzər dənizinin statusunun müəyyən edilməsində mühüm addım atıldı.
XXI əsrin əvvəllərində Azərbaycan Respublikasının qarşısında duran ən vacib məsələ, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasıdır. Artıq otuz ilə yaxınlaşır ki, Dağlıq Qarabağ münaqişəsinin həll etmək üçün ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə danışıqlar aparılır. Ancaq bu danışıqlar heç bir nəticə vermir. 2004-cu ildən prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsində informasiya müharibəsində hücum diplomatiyasının aparılması vəzifəsini irəli sürmüşdü.
İqtisadiyyatımız gücləndikcə xaricdən ən müasir və yüksək döyüş qabiliyyətinə malik silah və hərbi texnika almaqla yanaşı, 2005- ci ildə Müdafiə Sənayesi Nazirliyi yaradıldı. Müdafiə sənayesi müəssisələrində yüzlərlə silah-sursat və hərbi- texnika istehsal olunur. Bu gün Azərbaycan hərbi potensialına görə Cənubi Qafqazda ən güclü ordu hesab edilir.
Bu özünü 2016-ci ildə Qarabağda aprel döyüşləri və 2018 –ci illin mayında Naxçıvanda Əlahidə Ümumqoşun ordumuzun əks həmlə əməliyyatı nəticəsində əldə edilən uğurlarda öz əksini tapdı. 13 min hektar ərazi düşməndən azad edildi.
Bu gün də uğurlu hücum diplomatiyası davam etdirilir. Təkcə onu demək kifayətdir ki, 2019-cu il sentyabrın 30-da Prezident İ. Əliyev Rusiya Federasiyasında keçirilən “Valday diskussiya mərkəzində” dünya ölkələri liderlərinin də iştirak etdiyi konfransda Ermənistan prezidenti N,Paşinyan necə aciz vəziyyətə düşdü. Prezident İ.Əliyev çıxışında bir daha göstərdi ki, Qarabağ Azərbaycandır!
Bu gün də prezident İ.Əliyev uğurlu siyasətini davam etdirir. 2019-cu ildə Çində başlanan COVİD-19 virusu tez bir zamanda bütün dünyaya yayıldı.
Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərakatının (QH) sədri cənab İlham Əliyevin təşəbbüsü ilə QH-a üzv ölkələr adından pandemiyaya qarşı dövlət və hökümət başçıları səviyyəsində videokonfrans formartında BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təklif edilmişdir. Bu təşəbbüs 130 ölkə tərəfindən dəstəkləndi. İyulun 10-da xüsusi sessiya öz isinə başladı.
BMT tarixində 31 xüsusi sessiya keçirilmişdir. Bunlardan yalnız üçü dövlətlər tərəfindən çağrılmışdır. Lakin Azərbaycanın təklifi ilə xüsusi sessiya ilk dəfə olaraq dövlət və hökumət başçıları səviyyəsində və videokonfrans formatında keçirilir.
Beləliklə, Azərbaycan Respublikasının Prezidenti Cənub İ.Əliyev nəinki Azərbaycanın daxilində öz uğurlu siyasətini davam etdirir, O, həmçinin öz önəmli təşəbbüsü ilə BMT tarixində bir ilkə imza atmışdır.
Ümüdvarıq ki, Azərbaycan Respublikasın Prezidenti cənab İlham Əliyevin təşəbbüsü nəticəsində nəhayət ki, BMT öz rəsmi fəaliyyətini bərpa edərək , pandemiya ilə mübarizə kimi önəmlı qlobal məsələnin müzakirəsini apara biləcək. İnanırıq ki, bu müzakirələr nəticəsində Bəşəriyyəti bu pandemiyanın əlindən xilas edə biləcək qərarlar veriləcək.
Nadırova Elminaz
326№ li tam orta məktəbin direktoru