Şriftin ölçüsü :

Saytın rəngi :

Pandemiya dövründə Azərbaycan bir sıra önəmli tədbirlərin virtual formatda keçirilməsinin təşəbbüskarı və təşkilatçısı olmuşdur

14 iyul 2020 | 16:00

    Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının (QH) sədri cənab İlham Əliyevin təşəbbüsü ilə QH-a üzv ölkələr adından pandemiyaya qarşı dövlət və hökümət başçıları səviyyəsində videokonfrans formatında BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təklif edilmişdir. Bu təşəbbüs həm QH ölkələri, həm də digər BMT üzv dövlətləri tərəfindən dəstəklənmişdir. 130-dan çox ölkə öz rəsmi dəstəyini ifadə etmişdir.

    Artıq danılmaz faktdır ki, ümumbəşəri bəlaya cevrilmiş COVİD-19 virusuna qarşı mübarizədə heç bir dövlət öz resursları hesabına təkbaşına mübarizə aparıb aradan qaldıra bilməz. Bunu pandemiyanın zaman keçdikcə daha çox inkişaf etməsi sübut edir. Qlobal və regional güclər arasında artan ixtilaflar, beynəlxalq münasibətlər sistemində davam edən gərginlik, o cümlədən dövlətlərin suverenliyi və daxili işlərinə müdaxilələr, beynəlxalq hüququn norma və prinsiplərinə ikili yanaşma, həmçinin beynəlxalq münaqişələr, birtərəfli iqtisadi sanksiyalar, dözümsüzlük və humanitar böhran vəziyyəti daha da kəskinləşdirib xüsusilə böyük dövlətlərin iqtisadi güc ətrafında təsir mexanizmlərini inkişaf etdirmələri dünyaya mənfi təsirlərdən başqa hec nə vermir. Bütün bunların aradan qaldırılması humanitar dəstəyin artırılmasını tələb edir. Bütün bu sadalanan problemlərin həll olunması bütün dünya dövlətlərinin təmsil olunduğu beynəlxalq platforma olan BMT-nin üzərinə düşür. Təəssüflər olsun ki, mövcud pandemiya şəraitində BMT öz işini dayandırmışdır və dünyada COVİD-19 virusuna qarşı mübarizəni BMT-nin Ümumdünya Səhiyyə Təşkilatı aparır və müvafiq açıqlamalar verir, lakin bu təşkilat məsələnin yalnız səhiyyə aspekti ilə məşğuldur. Bəs məsələnin siyasi, iqtisadi, sosial və digər aspektləri niyə yaddan cıxır ? Bəşəriyyətin BMT-ə ən çox ehtiyacı olduğu bir zamanda BMT susur. Əgər indiki anda BMT görünmürsə, bəs bu problemlə kim məşğul olacaq? Bu mənada hazırda BMT-ə inam, təşkilatın etibarlılığı ciddi imtahan qarşısındadır.  Məhz bunları bilən cənab prezident İlham Əliyev bütün dünyaya birlik və dostluq təklifini irəli sürdü. Bu isə öz növbəsində Azərbaycanın siyasi dəsti xəttində daima sülhün və ədalətin əsas olduğunu hər kəsə nümayiş etdirdi. Cənab prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” həştəqi ilə ölkə ərazisində başlatdığı mübarizə kompaniyası artıq qlobal dəyər qazanaraq dünyadakı hər bir ölkəyə nümunə oldu və həmin həştəqlə bütün ölkələrin birgə səyi və qarşılıqlı yardımlaşması nəticəsində mövcud virusa qalib gəlməyin mümkün olacağı nümayiş olundu. Dünya ölkələri arasında birlikdə mübarizə prosesinin baş tutacağı təqdirdə postpandemiya dövründə iqtisadi böhranın da qarşısının alınmasına gətirib cıxaracaq.
     Bununla yanaşı sosial-iqtisadi determinizmi vaxtında və dolğun qiymətləndirən cənab prezident İlham Əliyev həmcinin ölkəmizin xarici siyasətinə qarşı qara piar aparıb onu ləkələməyə calışan qüvvələrin üzərində də həmin təşəbbüsü sayəsində bir daha parlaq qələbə qazanmış oldu. O Azərbaycan Respublikasının xarici siyasətində ümumi və milli marağın, iqtisadi-sosial- mədəni əlaqələrin məhz vəhdət formasında necə yüksək səviyyədə yürüdülməli olduğunu göstərdi.  Həmcinin cənab prezidentin balanslaşdırılmış xarici siyasətinin təzahürü kimi ölkəmizin iqtisadi tərəfdaşlarının sayını da artırır. Mehriban qonşuluq və hərtərəfli əməkdaşlıq prinsipinə söykənən siyasətin nəticəsi kimi pandemiyaya qarşı birgə mübarizədə  məhz ölkəmizin qonşuları birinci olaraq öz müsbət rəylərini verməyə və prezidentimizin beynəlxalq mövqeyini dəstəkləməyə başladılar. Xüsusilə ölkəmizin mütəfiqi, BMT Təhlükəsizlik Şurasının daimi üzvü, şimal qonşumuz Rusiya Federasiyası BMT-nin Baş Assambleyasının COVID-19-a həsr edilmiş xüsusi sessiyasının çağırılması barədə Azərbaycanın təklifini dəstəkləyib. Rusiyanın BMT yanında Daimi Nümayəndəsi Vasili Nebenza və Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya     Zaxarova öz müahibələrində cənab prezident İlham Əliyevin təşəbbüsünü yüksək qiymətləndirmişdilər. Qlobal gücə sahib Rusiya dövlətinin ortaya qoyduğu mövqe və cənab prezident İlham Əliyevin təşəbbüsünə müsbət yanaşmaları onu göstərir ki, ölkəmizin regiondaki gücü hər kecən gün daha çox inkişaf edir.
    Yuxarıda qeyd olunduğu kimi BMT-nin Xüsusi Sessiyası məhz videokonfrans formasında kecirilməsi nəzərdə tutulur. Artıq virtual formada yüksək səviyyəli tədbirlərin keçirilmə təcrübəsi formalaşıb. Böyük Yeddilik və Böyük İyirmilik kimi nüfuzlu təsisatların görüşləri bu formatda keçirilib. Yəni texniki imkanlar mövcuddur sadəcə siyasi istək və iradə olmalıdır. Təbii ki, burada başlıca məsuliyyət Təhlükəsizlik Şurasının üzvlərinin üzərinə düşür. Pandemiya dövründə bir sıra önəmli tədbirlərin virtual formada keçirilməsinin təşəbbüskarı və təşkilatcısı məhz bizim ölkəmiz olmuşdur. Cənab Prezidentin təşəbbüsü və sədrliyi ilə aprel və may aylarında Türk Şurasının və Qoşulmama Hərəkatının videokonfrans formatında, dövlət və hökümət başçıları səviyyəsində keçirilməsi cənab Prezidenti beynəlxalq aləmdə rəqəmsal diplomatıyanın təşəbbüskarına cevirmişdir.
    Bütün sadalalanların hamısı onu göstərir ki, Azərbaycanda qurulmuş mərkəzləşdirilmiş siyasi sistem və yürüdülən siyasət xalqımızın ümumi rifahına və sağlamlığına, xoşbəxt gələcəyinə xidmət edir. Təbii ki, bütün bunlar xalq-iqtidar birliyini daha da möhkəmləndirir və bunun fonunda prezidentin məqsədyönlü, rasional, möhkəm iradə əsasında yürütdüyü siyasət hər bir vətəndaşın sabaha inamını daha da artırır. Məhz beynəlxalq siyasi arenada cənab prezidentin ölkəmizi uğurla təmsil etməsi və respublikamızın   nufuzunun artması həqiqətən də gələcək nəsillərın sağlam yetişməsinə xidmət edir. Tam əminliklə qeyd etmək olar ki, bütün bu gedişat ölkəmizin sonrakı inkişaf tarixində cənab prezident İlham Əliyevin əvəz olunmaz xidmətləri davam edəcəkdir. Bu isə hər bir Azərbaycan vətəndaşının qəlbində yalnız fərəh hissi yarada bilər.
   Ümidvarıq ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin təşəbbüsü nəticəsində nəhayət ki, BMT öz rəsmi fəaliyyətini bərpa edərək pandemiya ilə mübarizə kimi önəmli qlobal məsələnin müzakirəsini apara biləcək. İnanırıq ki, bu müzakirələr nəticəsində bəşəriyyəti bu pandemiyanın əlindən xilas edə biləcək önəmli qərarlar veriləcəkdir.

Xəzər rayon gənci
Tural Qasımov
 

Keçidlər