Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda karantin rejimi ilə əlaqədar monitorinqlər davam etdirir

15 iyul 2020 | 02:00

     Koronavirus infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə Xəzər Rayon İcra Hakimiyyəti, Bakı Şəhər İcra Hakimiyyəti və rayon hüquq-mühafizə orqanlarının nümayəndələri, eləcə də yaradılmış mobil qruplar tərəfindən rayon ərazisində əhalinin sıx olduğu məkanlarda, bütün ictimai-iaşə və ticarət obyektlərində mütəmadi olaraq reydlər keçirilir.
    Növbəti reyd Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, RİH başçısının müavinləri və şöbə müdirləri, Bakı Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşı, Rayon İcra Hakimiyyətində yaradılan Operativ Qərargahın üzvləri və hüquq-mühafizə orqanlarının nümayəndələri tərəfindən rayonun Mərdəkan qəsəbəsində fəaliyyətinə icazə verilmiş ticarət obyektlərində keçirilib.
    Reyd zamanı fəaliyyət göstərən ərzaq mağazalarında və fəaliyətinə icazə verilən digər obyektlərdə sərtləşdirilmiş karantin rejiminin tələblərinə əməl edilməsi vəziyyəti yoxlanılıb, maarifləndirici söhbətlər aparılıb,  əsasən obyektlərdə növbə zamanı sosial məsafənin gözlənilməsinin vacibliyi bir daha xatırladılıb və əhaliyə  tibbi maskalar paylanılıb.
    Reydlər zamanı hüquqi və fiziki şəxslər tərəfindən karantin rejimin tələblərinin pozulması halları aşkarlandığı təqdirdə onlar barəsində qanunamüvafiq tədbirlər görülüb.
     Bundan əlavə, rayonun digər qəsəbələrində də mobil qruplar tərəfindən reydlər keçirilib və vətəndaşlarla maarifləndirmə işləri aparılıb.

Keçidlər