Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda mobil işçi qruplar tərəfindən reydlər davam etdirilir

12 iyul 2020 | 16:00

     Koronavirus infeksiyasının (COVİD-19) ölkəmizdə geniş yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinin yerlərdə icrasına nəzarət məqsədi ilə Xəzər  Rayon İcra Hakimiyyətində yaradılan Operativ Qərargah tərəfindən gündəlik olaraq yerlərdə reydlər keçirilir.
      Növbəti reyd Xəzər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini,  Rayon Polus İdarəsinin məsul şəxsləri və yaradılmış mobil qrup üzvləri tərəfindən rayonun Mərdəkan və Şüvəlan qəsəbələrində keçirilib.
Reyd zamanı fəaliyyət göstərən ərzaq mağazalarında və fəaliyətinə icazə verilən digər obyektlərdə sərtləşdirilmiş karantin rejiminin tələblərinə əməl edilməsi vəziyyəti yoxlanılıb, maarifləndirici söhbətlər aparılıb, növbə zamanı sosial məsafənin gözlənilməsinin vacibliyi bir daha xatırladılıb və əhaliyə  tibbi maskalar paylanılıb.
Reydlər zamanı hüquqi və fiziki şəxslər tərəfindən karantin rejimin tələblərinin pozulması halları aşkarlandığı təqdirdə onlar barəsində qanunamüvafiq tədbirlər görülüb.
     Bundan əlavə, rayonun digər qəsəbələrində də mobil qruplar tərəfindən reydlər keçirilib və vətəndaşlarla maarifləndirmə işləri aparılıb.

 

Keçidlər