Xəzər rayonunda 2013-cü ilin 9 ayı ərzində rayonun sosial-iqtisadi inkişafının yekunlarına dair hesabat konfransı keçirilmişdir.
22 oktyabr 2013-cü il tarixdə Xəzər rayon icra Hakimiyyətində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sədirliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında irəli sürülmüş vəzifələrlə bağlı Xəzər rayonunun sosial-iqtisadi inkişafının 2013-cü ilin doqquz ayının yekunları və qarşıda duran vəzifələr barədə hesabat iclası keçirilmişdir. İclasda Xəzər RİH başçısı Gülağa İslamovla yanaşı, Millət vəkili Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov və rayonda fəaliyyət göstərən idarə-müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak etmişdir.
İclası RİH başçısı G.İslamov giriş nitqi ilə açaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsi olduğunu və bölgələrlə bərabər Bakıətrafı qəsəbələrin də sosial- iqtisadi inkişafının surətlə davam etdirilməsini qeyd edərək, ötən dövrdə yenidənqurma işlərinin Xəzər rayonunda da uğurla davam etdirilməsini bildirmişdir.
Ötən dövrdə rayonun iqtisadi və sosial həyatında baş verən pozitiv dəyişikliklər bütün sahələrdə yüksəlişlə müşayət olunmuşdur.
Hesabat dövrü ərzində rayon ərazisində tikinti və quruculuq işləri davam etdirilmiş, küçə və meydanlar, parklar abadlaşdırılmış, ayrı-ayrı ictimai binalarda, əsas yollarda, qəsəbədaxili küçələrdə təmir işləri aparılmış və yenidən qurulmuş, su və kanalizasiya sistemləri yeniləşdirilmiş , yeni xidmət və istehsal müəssisələri, bir sıra sosial-mədəni obyektlər tikilərək əhalinin istifadəsinə verilmişdir.
Mərdəkan- Qala və Pirallahi magistral yollarının yenidənqurulması ilə əlaqədar işlər davam etdirilir, yolkənarlarında xarici görünüşə xələl gətirən qeyri qanuni tikililər sökülür. Hazırda da həmin ərazidə Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi haqqında Fərmana müvafiq olaraq işlər davam etdirilir.
Hesabat dövrundə rayonun qəsəbələrində asfalt yolların əsaslı və cari təmiri işləri görülmüşdür.Gürgan qəsəbəsində 12 min kv.m, Buzovna qəsəbəsində 42 min 600 kv.m, Şüvəlan qəsəbəsində 69 min 200 kv.m,Buzovna-Mərdəkan-Şüvəlan yeni magistral yolunda 7,6 km, Qala-Pirallahı magistral yolunda 10 km , Beton yoldan Qala dordyoluna qədər 13 km, Buzovna –Maştaga yolunda 12 km asfalt işi görülmüşdür. Umumilikdə rayon üzrə keçən dövrdə İcra hakimiyyəti tərəfindən 14 km, dovlət proqramı çərçivəsində isə 42,6 km olmaqla cəmi 56. 6 km yeni asfalt örtüyü salınmışdır.
Xəzər rayon Mənzil Kommunal Təsərrrüfatı Birliyi tərəfindən 2013-cü ilin 9 ayı ərzində 86 min 666 kub.metr məişət və digər növ tullantılar, əhalinin su təminatını ödəmək məqsədilə maşınlarla 26 min 324 ton içməli su daşınmışdır. Müqaviləyə əsasən səhiyyə obyektlərindən, xidmət ərazilərindən və məcburi köckünlərin məskunlaşdıgı düşərgələrdən 4355 ton cirkab maye daşınmışdır.
Qaz təchizatı ilə baglı hesabat dövründə rayonun Qaz İstismar idarəsi tərəfindən əhalinin təbii qazla təminatının yaxşılaşdırması istiqamətində müvafiq işlər görülmüşdür. Rayonun 9 qəsəbəsində cari dövrdə 487 min 397 paqon metr qaz xətti çəkilmiş və dəyişdirilmişdir
Rayonda əhali tərəfindən istifadə olunan təbii qazın ödənişi debitorlarla birlikdə 101,2 % , abonentlərin ödənişdə iştirakı 79,2 faiz, abonentlərin saygaclaşması isə 96,2 faiz təşkil etmişdir.
Elektrik enerjisi təchizatı sahəsində Rayonun Enerji Təchizatı və Satış İdarəsi tərəfindən əhalinin elektrik enerjisi ilə təchizatını yaxşılaşdırmaq məqsədilə rayon ərazisində 14 ədəd yeni transformator məntəqəsi quraşdırılmış, 50 ədəd cərəyan transformatoru və 10 ədəd güc transformatoru dəyişdirilmiş, 644 ədəd transformator təftiş olunub, təmizlənib və cari təmir olunub, 12456 metr naqil , 11 min 406 metr kabel çəkilmişdir.
Hesabat dövründə əhali tərəfindən elektrik enerjisinin dəyərinin ödənilməsi 98,2 faiz, abonentlərin ödənişdə iştirakı 69% ,saygaclaşma isə 99 faiz təşkil etmişdir.
Su və kanalizasiya sahəsi üzrə hesabat döründə Xəzər su kanal departamenti tərəfindən ümumilikdə dövlət proqramı çərçivəsində 51 min 818 paqon metr su xətti, 6767 paqon metr məhəllədaxili su xətləri çəkilmiş, müxtəlif ölçülü 417 paqon metr istismara yarasız su boruları dəyişdirilmiş, bunun da 119 paqon metri binaların zirzəmisində olan istismara tam yararsız vəziyyətdə olan su xətlərinin yenisi ilə əvəz edilməsinə sərf edilmişdir. Əhalini su təminatını yaxşılaşdırmaq məqsədilə 48 ədəd su nasosları quraşdırılmış, 121 ədəd su nasosu təmir edilmişdir. Su sərfiyyatının hesabatının aparılması məqəsədilə 929 ədəd mexaniki, 982 ədəd smart-kart tipli su saygacları quraşdırılışdır.Cari dövrdə Ceyranbatan-Qala su xətti çəkilmiş və Qala qəsəbəsindəki su anbarı istifadəyə verilmişdir.Bunun nəticəsində fasilələrlə su alan 13 min 162 nəfər əhali 24 saat ərzində fasiləsiz su ilə təmin edilmişdir. O cumlədən yeni su şəbəkəsinin quruldugu ərazilərdə 464 abonenet icməli su xəttinə qoşulmuşdur.
Kanalizasiya sahəsi üzrə keçən dövrdə 366 ədəd baxış quyusu(lyuk), 23 ədəd yagış barmaqlıgı yuyularaq təmizlənmiş, 293 paqon metr çürümüş hissələr yeni borularla əvəz edilərək dəyişdirilmişdir . 17 min 600 paqon metr kanalizasiya xətləri mexaniki usulla , 8040 paqon metri isə maşınla yuyulmuş, 30 ədəd baxış quyuları(lyuk) təmir edilmiş və 9 ədədi dəyişdirilmişdir. 2854 halda kanalizasiya xətlərində baş vermiş qəzalı axıntının qarşısı alınmışdır. Umumilikdə dövlət proqramına uygun olaraq rayon ərazisində cari dövrdə 14 min 59 metr yeni kanalizasiya xətti çəkilmişdir
Təhsil sahəsi üzrə Heydər Əliyev Fondu və Dövlət Proqramı çərçivəsində Buzovna qəsəbəsində 26 nomrəli məktəb üçün 40 sinifli 800 yerlik, 125 nömrəli məktəb üçün 35 sinifli 760 yerlik, 206 nomrəli məktəb üçün 6 sinifli 120 yerlik, Binə qəsəbəsində 121 nomrəli məktəb üçün 20 sinifli 400 yerlik, Qala qəsəbəsində 185 nömrəli məktəb üçün 42 sinifli 840 yerlik yeni əlavə korpusların tikintisi tamamlanaraq istifadəyə verilmişdir. Buzovna qəsəbəsində 289 və 246 saylı,Binə qəsəbəsində 285 saylı və Turkan qəsəbəsi uşaq bagçalarının yeni binasının tikintisi başa çatdırılmışdır. Hazırda 2 nömrəli xususi internat məktəbinin yeni korpusunun tikintisi davam etdirilir.
Cari ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Xəzər rayonu Süleyman Rustəm adına Gimnaziyanın direktoru Mustafayev Ənvər Mustafa oglu və 156 saylı məktəbin müəlliməsi Haşımova Sevil Gülaga qızı təhsilin inkişafında xidmətlərinə görə ‘’Tərəqqi’’ medalı ilə təltif edilmişlər.
Əhaliyə göstərilən tibbi xidmətin müasir səviyyədə həyata keçirilməsinə ötən dövrdə də xüsusi diqqət göstərilmiş, vətəndaşlara nümünəvi xidmət məqsədilə tibb müəssisələrinin maddi texniki bazası xeyli genişləndirilmişdir.
Səhiyyə sahəsi üzrə 26 saylı Birləşmiş şəhər xəstəxanalarının, 36 saylı Pulmanoloji uşaq sanatoriyasının əsaslı təmiri və Türkan qəsəbəsində Diaqnostika Mərkəzinin tikintisi başa çatdırılmış , avadanlıq və inventarlarla təchiz olunaraq istifadəyə verilmişdir. Buzovna qəsəbəsində Respublika Uşaq sanatoriyasının əsaslı təmiri, Proffessor Gindes adına Uşaq sanatotiyası və 7 nomrəli Agciyər xəstəxanası üçün yeni binaların və Buzovna Uşaq reabilitasiya mərkəzinin tikintisi davam etdirilir.
Mədəniyyət sahəsi üzrə Buzovna qəsəbəsində yeni Mədəniyyət evinin və 4 saylı Uşaq incəsənət məktəbinin akt zalının tikintisi davam etdirilir.
Gənclər və İdman sahəsi üzrə hesabat dövründə Dövlət Proqramına müvafiq olaraq Şüvəlan qəsəbəsində 3 mərtəbəli Gənclər Evinin tikintisi başa çatdırılmışdır.
2013-cu ilin 9 ayı ərzində Sosial Müdafiə Fondu tərəfindən əhaliyə pensiya və müavinətlərin ödənilməsi üçün tələb olunan məbləğ 24 milyon 772 min manat təşkil etmiş, 16.018 nəfər pensiyaçıya plastik kartlar vasitəsilə pensiyaların ödənilməsi təmin edilmişdir .
Hesabat dövründə Əhalinin Sosial Müdafiə Mərkəzinə ünvanlı dövlət sosial yardımı üçün 2420 ailə müraciət etmişdir ki, bunlardan 2393 ailənin sənədləri qeydiyyata alınmış və onlardan 2199 nəfərə müvafiq komissiya tərəfindən ünvanlı sosial yardımı təyin olunmuşdur. Rayon üzrə cəmi 2899 ailəyə 373.100 manat məbləgində ünvanlı yardımın odənilməsi davam etdirilir.
Hesabat dövründə Məşgulluq mərkəzinə 976 nəfər işaxtaran vətəndaş müraciət etmişdir. Onlardan 491 nəfəri gənc, 27 nəfəri sərbəstləşmə ilə işini itirənlər, 205 nəfəri kadr axıcılığı ilə işdən azad olunanlar, 44 nəfəri hərbi xidmətdən tərxis olunanlar, 148 nəfəri məcburi köçkün və qaçqınlar, 16 nəfəri cəzacəkmə yerlərindən azad olunanlardır.
Hesabat dövrü ərzində Mərkəzdə qeydiyyatda olan qeyri-məşğul əhalinin 301 nəfəri münasib işlə təmin edilmişdir ki, onlardan 126 nəfəri dövlət və bələdiyyə, 175 nəfər xüsusi mülkiyyət və fiziki şəxslərdə işə düzəlmişlər. İşlə təmin olunmuş 301 nəfərdən 21 nəfəri sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşlardır ki, onlardan 14 nəfəri kvota üzrə işə düzəlmişlər.
2013-cu ilin 9 ayı ərzində Xəzər RİH Aparatına 2396 ərizə, şikayət və müraciət və 1627 xidməti sənəd daxil olmuşdur.Daxil olmuş 2396 ərizə və muraciətdən 871 ərizə musbət həll edilmiş, 1 ərizə əsassız sayılmış, 2 ərizə qismən həll edilmiş, 1 ərizə aidiyyatı üzrə göndərilmiş, 1461 ərizəyə lazımi izahat və təkliflər verilmiş, 61 ərizə isə icraatdadır.
Hesabat dövründə Xəzər rayon İcra Hakimiyyəti Başçısının qəbulunda 85 nəfər vətəndaş olmuşdur. Maddi köməklik edilməsi ilə əlaqədar 3 nəfər aztəminatlı vətəndaşa maddi yardım göstərilmişdir.
2013-cü ilin 9 ayı ərzində RİH Başçısı tərəfindən qəsəbələrdə 18 səyyar qəbul keçirilmiş, 1650 nəfər iştirak etmiş və 62 müraciət səslənmişdir. Müraciətlərdən asfalt örtüyünün salınması, təbii qaz problemləri, su və kanalizasiya , ictimai nəqliyyat problemləri və magistral yollarda piyada kecidi məsələləri üstünlük təşkil edir. Səyyar qəbullarda səslənmiş müraciətlərin əksəriyyəti müsbət həll edilmiş, digər məsələlərlə baglı isə aidiyyatı qurumlara müraciətlər göndərilmişdir.
Xəzər rayonu qarşıdakı dövrdə də Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqlarını vaxtında və keyfiyyətlə icrası, vətəndaşlarımızın layiq olduqları rifahlı yaşayışın təmin edilməsi üçün bütün imkanları səfərbər edərək qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışacaqdır.
Sonda Millət vəkili R. Əliyev, YAP Xəzər rayon təşkilatının sədri N.Əhmədov, Şağan qəsəbə nümayəndəsi T. Səlimov, 29 saylı xəstəxananın baş həkimi H.Tağıyev və 125 saylı məktəbin direktoru Z. Əliyeva hesabat məruzəsi ətrafında çıxışlar edərək, hesabatı qənaətbəxş hesab etmişlər.