Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar mobil işçi qruplar tərəfindən reydlər davam etdirilir

10 iyul 2020 | 16:00

Koronavirus infeksiyasının (COVİD-19) ölkəmizdə geniş yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinin yerlərdə icrasına nəzarət məqsədi ilə Xəzər  Rayon İcra Hakimiyyətində yaradılan Operativ Qərargah tərəfindən gündəlik olaraq yerlərdə reydlər keçirilir.

Növbəti reyd Xəzər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Bakı Şəhər İcra Hakimiyyətinin, Rayon Polus İdarəsinin məsul şəxsləri və yaradılmış mobil qrup üzvləri tərəfindən rayonun Qala qəsəbəsi ərazisində  keçirilib.

Reydlər zamanı fəaliyyətlərində nöqsan aşkar edilən bir neçə ticarət obyektləri cərimələnmiş və ciddi xəbərdarlıqlar edilmişdir.

Bundan əlavə, rayon ərazisində mobil qruplar tərəfindən də mütəmadi reydlər keçirilir və vətəndaşlarla maarifləndirmə işləri aparılır, sərtləşdirilmiş xüsusi karantin rejiminin tələblərinə əməl olunması ilə bağlı çağırışlar olunur.

Keçidlər