Şriftin ölçüsü :

Saytın rəngi :

Güclü infrastruktur layihəsinin qurulması səhiyyə sahəsində də əhəmiyyətli məsələləri həll etmək iqtidarında olmasını bir daha təsdiq edir

09 iyul 2020 | 16:00

 Hörmətli prezidentimiz cənab İlham Əliyevin yeritdiyi siyasi kursun və həyata keçirdiyi iqtisadi islahatlar nəticəsində ölkədə sosial rifahın yaxşılaşması, işsizliyin, yoxsulluğun aradan qaldırılması istiqamətində mühüm işlərin görülməsi, bütün regionların inkişaf etdirilməsi, güclü infrastruktur layihəsinin qurulması səhiyyə sahəsində də əhəmiyyətli məsələləri həll etmək iqtidarında olmasını bir daha təsdiq edir. 

  Tibb müəssələrinin maddi-texniki bazasının gücləndirilməsi, onlara ayrılan maliyyə vəsaitinin artırılması, tibb işçilərinin maaşlarının artırılması və iş şəraitinin yaxşılaşdırılması pasiyentlərə tibbi xidmət göstərmək üçün  imkanları artırır. Bu gün bütün dünya ölkələri koronavirus  (Covid-19) pandemiyasını yaşayır. Ölkəmiz bu pandemiya dövründə lazımi tədbirlər görərək iqtisadiyyatımızın ciddi əsaslar üzərində qurulduğunu bir daha təsdiq etdi. Pandemiya dövrünün çətinliklərinə baxmayaraq Azərbaycanda heçbir sosial layihə təxirə salınmayıb, ixtisar edilməyib. Əksinə, bu il büdcə  xətti ilə reallaşan sosial layihələr keçən ilə nisbətən daha təsirlidir. Bu dövrdə ön planda olan insanlarımızın sağlamlığıdır. Virusun geniş yayılma tendensiyası davamlı şəkildə olmasına baxmayaraq vəziyyət ciddi nəzarət altındadır.
  Azərbaycan ilə müqayisədə səhiyyə sistemləri daha çox inkişaf etmiş, nümunəvi hesab olunan bir sıra qabaqcıl ölkələrdə yoluxanların sayı 60-70 min, ölənlərin sayı isə onminlərlə ölçülür. Bu o deməkdir ki, heç bir dünya ölkəsi koronavirusa yoluxmamaqdan sığortalanmış deyil. Azərbaycan dövləti Covid-19-la mübarizə tədbirləri görür. 800 çarpayılı xəstəxana istifadəyə verildi. 1-1,5 ay ərzində 1300 çarpayılı yeni modul tipli xəstəxana isdifadəyə verilib. Modul tipli 5 xəstəxana (Bakı-2, Sumqayıt-1, Gəncə-1, Abşeron-1) artıq fəaliyyətdədir. Daha 5 modul tipli xəstəxana inşa olunur. Hazırda ölkənin 45 xəstəxanasında koronovirus xəstələri müalicə alırlar. Və 36 xəsdəxana prezident cənab İlham Əliyevin sərəncamı ilə tikilib. ÜST yeni koronavirus (Covid-19) epidemiyasına qarşı cavab tədbirləri ilə bağlı yerli səhiyyə qurumları ilə sıx əməkdaşlıq edir. ÜST nümayəndələri Azərbaycan səhiyyə sistemini müsbət qiymətləndiriblər. Son illər tikilən səhiyyə ocaqlarının müasir tələblərə uyğun tikilməsi ən son texnologiyalar və avadanlıqlarla təchiz edilməsi nəinki paytaxt Bakıda, həmçinin regionlarda da fəaliyyət göstərməsi bu günün tələbinə uyğundur. ÜST direktoru Azərbaycanın təşkil etdiyi “ZİRVƏ” görüşündə iştirak edib. Əməkdaşlığımız və digər ölkələrin  həkimləri ilə məsləhətləşmələrimiz davam edəcək. Koronavirus (Covid-19) ilə mübarizədə bütün dünya həkimlərinin birliyi çox vacibdir. Bu günə qədər 30-dan çox ölkəyə humanitar və maliyyə köməyi göstərilib. Bu barədə bəzən heç bir məlumat verilmir, çünki ölkə rəhbərliyi bunu piar üçün yox, sadəcə olaraq ölkələrə həmrəylilik borcu kimi edir. Çünki Azərbaycan əməkdaşlıq, xeyrxahlıq hesabına daha çox dost qazanmışdır. Azərbaycan məqsədyönlü fəaliyyəti ona gətirib çıxarıb ki, Ermənistanın üzərində çətir artıq deşilib, onların əsl faşist mahiyyətləri  ifşa edilir. BMT baş assembleyasının  xüsusi ssesiyasının keçirilməsi təşəbbüsünun əleyhinə səs verən yeganə ölkə Ermənistan olub. Dünya ictimaiəti bir daha Ermənistan Azərbaycan Dağlıq Qarabağ münasibətinə öz diqqətini artıracaq deyə Ermənistanın etirazı və yenidən təcrid edilmiş vəziyyətdə qaldı.

  Ölkəmizdə  pandemiya ilə mübarizədə misilsiz tədbirlər görülüb, sərhədlər bağlanıb xüsusi qaydalara riayət olunur. Hüquq mühafizə orqanları əhalinin qaydalara əməl etməsinə  nəzarət edirlər. Bütün qüvvələr hadisələrin ən pis yöndə inkişafının qarşısının alınmasına səfərbər olunub. Bütün dövlət strukturları mobilizasiya olunub və birgə fəaliyyət göstərir Nazirlər Kabineti yanında Operativ Qərargahın  tövsiyə və tələblərinə ciddi riayət olunur. Bu dövrdə hər birinizin vətəndaş məsuliyyəti nümayiş etdirməyə, təhlükəsizlik tədbirlərinə ciddi riayət etməyə, şəxsi məsuliyyət, intizamlılıq həm özümüzü həm də ətrafımızdakıları qorumağın əsas şərtidir. Təəssüf ki, hələ Covid- 19 virusuna qarşı peyvənd tapılmayb. Dünya belə hadisələrə hazır deyildir.Hətta səhiyyə sahəsində büdcələri milyardlarla ölçülən elmi-intellektual potensiala, qabaqcıl texnologiyalara malik ən inkişaf etmiş ölkələr  belə epidemiyanın qarşısını ala bilmədilər. Epidemiyanın sürətlə yayılması onun pandemiyaya çevrilməsi,bu xəsdəliklə mübarizədə vahid strategiya və taktikanın hazırlanmasını çətinləşdirir. Virusun və xəsdəliyin tədqiqatı onlara qarşı mübarizə ilə eyni vaxtda aparılır. Bir həkim kimi əhalini təhlükəsizlik tədbirlərinə ciddi riayət etməyə, şəxsi məsulliyət, intizamlılıq nümayiş etməyə çağırmaq, virus barədə məlumatlandırılma, maarifləndirmək, ara sözlərə uymamaq və ancaq Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət etməyə çağırırıq. Bu gün pandemiya ilə mübarizədə Azərbaycan həkimləri, tibbi personal ön cəbhədə çalışır. Öz bilik və bacarıqlarını nümayiş etdirirlər.
   Dövlət tərəfindən koronavirus (Covid-19) ilə mübarizədə görülən tədbirlərin vacibliyini dərk etmək və maksimum dərəcədə vətəndaş məsulliyəti nümayiş etdirməlidir. Hər birimizə yüksək qayğı göstərən hökümətimiz bu çətin dövrdə də işsizlərə 190 manat maddi kömək etməklə ailələrə öz qayğısını əsirgəmir.
   Koronavirusla Mübarizəyə Dəstək Fondu Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Fərmanı ilə yaradılmışdır. Fondun məqsədi Azərbaycan Respublikasında koronavirus infeksiyasının yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir.
    Biz əminik ki, Azərbaycan yəni əsrin yeni lideri olan prezidentmiz cənab İlham Əliyevin və vitse-prezidentimiz Mehriban Əliyevanın yeritdiyi siyasi kurs sahəsində  bu sınaqdan da üzü ağ  çıxacayıq.


Sanator-Kurort Reabilitasiya Mərkəzinin baş direktoru,
tibb elmləri üzrə fəlsəfə doktoru Talıbova Cəmilə Xalid qızı
 

Keçidlər