Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar reydlər davam etdirilir

07 iyul 2020 | 16:00

    Koronavirus infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə Xəzər rayonunda sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar reydlər davam etdirilir.
     6 iyul 2020-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, RİH başçısının müavinləri və şöbə müdirləri, Bakı Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşı, Rayon İcra Hakimiyyətində yaradılan Operativ Qərargahın üzvləri və hüquq-mühafizə orqanlarının nümayəndələri tərəfindən rayon ərazisində növbəti reydlər keçirildi.

    Reydlər zamanı fəaliyyətlərində nöqsan aşkar edilən bir neçə ticarət obyektləri cərimələnmiş və ciddi xəbərdarlıqlar edilmişdir. Həmçinin, Küçə və prospektlərdə, məhəllələrdə aparılan reydlər zam sərtləşdirilmiş xüsusi karantin dövründə vətəndaşların evdən çıxmamaları və maska istifadə etmədən küçəyə çıxan şəxslərin cərimə edilməsi ilə bağlı rayon sakinlərinə ciddi xəbərdarlıqlar olundu. Həmçinin, sakinlərə spirt, tibbi maskalar və əlcəklər paylanılıb.
   Mobil qruplar tərəfindən gündəlik olaraq yerlərdə sakinlərlə söhbətlər aparılır, koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarları və müəyyənləşdirdiyi qaydaları, eyni zamanda xüsusi karantin rejiminin tələblərinə əməl edilməsinin vacibliyi barədə geniş təbliğat-izahat və maarifləndirmə işləri aparılır

 

Keçidlər