Şriftin ölçüsü :

Saytın rəngi :

Mehriban Əliyeva Türkan və Buzovna qəsəbələrində körpələr evi-uşaq bağçasının açılış mərasimində iştirak etmişdir.

26 sentyabr 2013 | 15:00

 Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində 289 nömrəli körpələr evi-uşaq bağçasının binasının yenidənqurmadan sonra açılışında iştirak edib.
       Azərbaycanın birinci xanımı körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış oldu. Bildirildi ki, burada 2 yaşdan 6 yaşadək olan  120 uşağın təlim-tərbiyəsi ilə peşəkar mütəxəssislər məşğul olacaqdır. İkimərtəbəli bağçada 6  qrup var.
      Mehriban xanım Əliyeva Buzovnadakı bağçaların sayı və oradakı vəziyyətlə maraqlandı. Məlumat verildi ki, qəsəbədəki altı bağçadan dördü artıq əsaslı təmir olunmuş və yenidən qurulmuşdur. 
     Daha sonra Mehriban xanım Buzovna qəsəbəsində 246 nömrəli körpələr evi-uşaq bağçasının yeni binasının açılış mərasimində  iştirak etmiş və rəmzi açılışı bildirən lenti kəsmişdir.
      Mehriban Əliyevaya məlumat verilib ki, bağçanın əvvəlki binası 1985-ci ildə tikilmişdir. Bina son illər yararsız vəziyyətə düşmüş və əsaslı təmirə ehtiyac yaranmışdır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu binanın yerində yeni körpələr evi-uşaq bağçası inşa edilmişdir Mehriban Əliyevanın diqqətinə çatdırılıb ki, bağçada Azərbaycan bölməsi ilə yanaşı, rus bölməsi də fəaliyyət göstərəcək. Burada ümumilikdə 220 uşağın təlim-tərbiyəsi ilə peşəkar heyət məşğul olacaqdır.  .
      Daha sonra Mehriban xanım Türkan qəsəbəsindəki 214 nömrəli körpələr evi-uşaq bağçasının da açılış mərasimində iştirak etmişdir.  Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu il inşa olunan bağçanın ümumi sahəsi təqribən 6 min kvadratmetr, tikintialtı sahə isə 3800 kvadratmetrdir. Azərbaycanın birinci xanımının diqqətinə çatdırıldı ki, bağçanın ətrafında abadlaşdırma işləri görülmüş, yaşıllıq salınmışdır. Uşaqlar üçün futbol meydançası və istirahət guşələri yaradılmış, müxtəlif attraksionlar quraşdırımışdır.  Bundan əlavə, balacaların psixoloji hazırlığı məqsədi ilə binada oyun zalları, yüksək səviyyədə yemək otaqları yaradılmışdır.          Bağçada balacaların fiziki sağlamlığının təşkili məqsədi ilə yüksək standartlara uyğun hovuz da tikilmişdir.

Keçidlər