Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda mobil işçi qruplar tərəfindən növbəti reydlər keçirilib

04 iyul 2020 | 16:00

   3 iyul 2020-ci il tarixində Xəzər  rayonunda koronavirus (COVİD-19) pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarının icrasına nəzarət məqsədi ilə RİH başçısı Elşən Salahovun başçılığı ilə mobul qrup üzvləri ilə Xəzər RİH-nin inzibati binasının qarşısında, açıq havada işçi qaydada yığıncaq keçirilmiş və sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon ərazisində karantin qaydalarının şərtlərinin pozulması ilə bağlı yerlərdə keçirilən reydlərin  və dezinfeksiya işlərinin gücləndirilməsi tapşırığı verilib.
   Daha sonra, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, RİH başçısının müavinləri və şöbə müdirləri, Bakı Şəhər İcra Hakimiyyətinin və Rayon Polus İdarəsinin məsul şəxsləri tərəfindən rayon ərazisində reydlər keçirilib. Reydlər zamanı fəaliyyətlərində nöqsan aşkar edilən bir neçə ticarət obyektləri cərimələnmiş və ciddi xəbərdarlıqlar edilmişdir. Həmçinin, Küçə və prospektlərdə, məhəllələrdə aparılan reydlər zam sərtləşdirilmiş xüsusi karantin dövründə vətəndaşların evdən çıxmamaları və maska istifadə etmədən küçəyə çıxan şəxslərin cərimə edilməsi ilə bağlı rayon sakinlərinə ciddi xəbərdarlıqlar olundu.
  Mobil qruplar tərəfindən Nazirlər Kabinetinin Operativ Qərargahının tələblərinə zidd fəaliyyət göstərən İctimai-iaşə və ticarət obyektlərinin sahiblərinə ciddi xəbərdarlıq edilərək tələb olunan qaydalardan istifadə və sanitar-gigiyena qaydalarına ciddi riayət edilməsi barədə göstərişlər verilib.

 

Keçidlər