Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonu ərazisində COVİD-19 pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə mobil işçi qruplar tərəfindən reydlər keçirilib

03 iyul 2020 | 16:00

   2 iyun 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın geniş tərkibli respublika videomüşavirəsində verilən tapşırıqların icrası ilə bağlı Xəzər  rayonunda koronavirus (COVİD-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə aidiyyəti strukturların əməkdaşlarından ibarət mobil işçi qruplar tərəfindən müvafiq dislokasiya bölgüsü əsasında reyd keçirilib.
   Keçirilən reydlərdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı, RİH başçısının müavinləri və şöbə müdirləri, Bakı Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri iştirak edib, rayon ərazisində fəaliyyət göstərən bir neçə ticarət obyektlərində olub, satıcı və alıcılarla marifləndirici söhbətlər aparıb, pandemiyaya qarşı mübarizədən irəli gələn tələb və tövsiyələri izah ediblər. Nazirlər Kabinetinin Operativ Qərargahının tələblərinə zidd fəaliyyət göstərən İctimai-iaşə və ticarət obyektlərinin sahiblərinə ciddi xəbərdarlıq edilərək tələb olunan qaydalardan istifadə və sanitar-gigiyena qaydalarına ciddi riayət edilməsi barədə göstərişlər verilib.
    Mobil qruplar tərəfindən Xəzər rayonu ərazisində mütəmadi olaraq reydlərin keçirilməsi davam etdiriləcək.

Keçidlər