Şriftin ölçüsü :

Saytın rəngi :

Humanitar çağırış

29 iyun 2020 | 16:00

Humanitar çağırış

  Bir ölkədə başlayan, lakin az vaxt ərzində bütün dövlətləri əhatə edərək insanlığln bəlasına çevrilən COVİD-19 pandemiyası dünya iqtisadiyyatını, o cümlədən dövlətlərarası münasibətlərdə dominant rolu oynayan məhsul istehsalını, bank sektorunu, nəqliyyat infrastrukturunu, idman, mədəniyyət sahələrini, ictimai-sosial əlaqələr sistemini az qala iflic etmişdir. Anbaan, özü də çox sürətlə rəqəmlərin dəyişdiyi bu günlərdə xəstəliyə tutulanların sayı 10 milyonu, ölənlərin sayının isə 500 mini keçməsi onun fəsadlarının çox ağır nəticələrindən xəbər verir. Belə bir şəraitdə isə təbii ki, dünyəvi həmrəyliyə və problemə qlobal baxışa böyük ehtiyac duyulur.
  Artıq cari ilin əvvəllərindən etibarən ölkəmizin rəhbəri İlham Əliyev cənabları bu xəstəliyin çox böyük, özü də qlobal acı  nəticələrini dərindən duyaraq insanlarımızın sağlamlığından ötrü mümkün olan bütün zəruri tədbirləri görmüşdür. Istər səhiyyə sistemimiz, istərsə də  aidiyyatı dövlət qurumları və  ictimaiyyət tam olaraq bu sahəyə səfərbər olunmuşdur. Elə bunun nəticəsidir ki, xəstəlik yayılmış ölkələr arasında xəstəliyə düçar olma, onların müalicəsi, habelə ölüm hallarının az olması səbəbindən Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanın hazırkı durumunu müsbət qiymətləndirir. Bununla bərabər, qlobal həmrəylik nümunəsi kimi Azərbaycan həm də  30-dan çox ölkəyə humanitar yardımlar göstərmişdir.
  Təəssüflə qeyd etmək lazımdır ki, bu günədək BMT və onun əsas qurumları demək olar ki, bu problemə seyrçi mövqe nümayiş etdirmiş, dünyanın aparıcı dövlətləri isə geosiyasi rəqabət və özünütəcrid statusunda qalmaqdadırlar. BMT Baş Məclisi səviyyəsində bir neçə qətnamə layihələri irəli sürülsə də, əslində onlar deklorativ xarakter daşıyaraq uğurla nəticələnməmişdir.
   Lakin dünyada COVİD-19-un başlandığı ilk vaxtlardan etibarən ölkəmizin rəhbəri İlham Əliyev cənablarının başçılığı altında istər regional, istərsə də qlobal səviyyədə koronavirus xəstəliyinə qarşı mübarizədə dünyəvi birliyin möhkəmləndirilməsi istiqamətində ən vacib təşəbbüslər irəli sürülməklə əməli tədbirlər görülməkdədir. Bu mənada cari ilin aprel ayında Türk Dilli Dövlətlərin, həmçinin Qoşulmama Hərəkatının (QH) sədri kimi İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il may ayının 4-də QH Təmas Qrupunun pandemiya ilə bağlı onlayn Zirvə Görüşləri beynəlxalq ictimaiyyətin diqqətini özünə cəlb etmişdir. Təmas Qrupunun Zirvə tədbirində  QH üzv dövlətləri, BMT-nin Baş Katibi, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru və s. səlahiyyətli qurumlar iştirak edir. Bu görüşdə İlham Əliyev cənabları pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assmbleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans yolu ilə xüsusi sessiyanın keçirilməsi təklifi ilə çıxış edir və bununla əlaqədar BMT-nin baş katibi Antonio Quterreşə müraciət ünvanlayır. Nəticə etibarilə 130-dək BMT-nin üzv dövləti QH-nın sədri prezident İlham Əliyevin Baş Assambleyanın Xüsusi sessiyasının keçirilməsi barəsində təşəbbüsünü dəstəkləmişdir.
  Heç şübhə etmirik ki, bu sessiya koronavirus xəstəliyi qarşısında dünya ictimaiyyətinin tam olaraq səfərbər olunmasına şərait yaradacaq və onun qarşısının alınmasına bir töhvə verəcəkdir. Zənnimizcə bu güm xəstəliklə mübarizədə çıxış yolu yalnız belə beynəlxalq tədbirlərlə bağlıdır. Qeyd etmək lazımdır ki, təşəbbüsü dəstəkləyən dövlətlər İlham Əliyev təhəfindən irəli sürülən bu çağırışı vaxtında irəli sürülən humanitar bir təşəbbüs kimi dəyərləndirirlər.
  Təbii ki, bu təşəbbüsün dəstəklənməsi dünya ictimaiyyətinin ölkəmizə, onun prezidenti möhtərəm İlham Əliyevə olan çox böyük hörmət, inam və ehtiramının bir nümunəsidir. Dünya lıderləri həmişə olduğu kimi indi də İlham Əliyevin bacarığlını, beynəlxalq nüfuzunu qiymətləndirərək onun çağırış və təşəbbüslərinə dəstək verirlər. 
   Bəlkə heç qeyd edilməyə layiq görülməyən bir məsələdən yan keçməyə də lüzum görmədik. Belə ki, bu humanitar təşəbbüsün əleyhinə çıxış edən yeganə marionet dövlət Ermənistan olmuşdur. Baxın, bütün dünya COVİD-19 pandemyasına qarşı mübarizədə qlobal həmrəyliyin əhəmiyyətini vurğuladığı halda, Ermənistan qlobal humanitar xarakter daşıyan belə bir təşəbbüsə qarşı çıxış etməklə istər BMT sistemində və istərsə də dünya dövlətləri sırasında  özünü rüsvay etməkdədir. Bu mənada dünya bir daha Ermənistanın əsl irticaçı, antihumanist sifətilə rastlaşmış oldu. Dünyaya bir daha bəlli oldu ki, onilliklər boyu bu marionet dövlət haqsız olaraq, öz rəzil, rüsvayçı hərəkətləri ilə Azərbaycanın ədalətli mövqeyinə qarşı çıxmaqda öz üzərinə sanki şərəfsiz bir öhdəçilik götürmüşdür. Buradaca atlarımızın müdrikanə bir atalar sözü yadıma düşür: it hürər, amma karvan keçər.
  Sözümü müsbət notlarla tamamlamaq istərdim. Böyük şəxsiyyətlər tarix boyu bu və ya digər yersiz xırda qınaqlara məruz qalsalar da, lakin heç vaxt öz haqq işlərindən əl götürmürlər. Çünki Uca Yaradan onları sevərək, seçərək insanlara bir bəxşeyiş kimi göndərir.

                                                                                                                                                  Xəzər rayon Ziyalılar Cəmiyyətinin sədri
                                                                                                                                                                              professor T.Q.Səlimov

 

Keçidlər