Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov Mərdəkan və Şağan qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirdi

25 sentyabr 2013 | 15:00

24 sentyabr 2013-cü il tarixdə Xəzər rayonunun Mərdəkan qəsəbəsində Xəzər Rayon İcra Hakimiyyəti başçısı cənab Gülağa İslamovun Mərdəkan və Şağan qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir.
Səyyar görüşdə RİH başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri iştirak etmişdir.
      230 nəfər sakinin iştirak etdiyi görüşü Rayon İcra Hakimiyyətinin başçısı cənab Gülağa İslamov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə sosial – iqtisadi sahədə əldə edilmiş nailiyyətlərdən söz açdı. Daha sonra İcra Başçısı Xəzər rayonunda gedən təmir-tikinti, abadlıq və quruculuq işlərindən danışdı.
      Həmçinin İcra Başçısı Mərdəkan qəsəbəsində 123, 181, 183 saylı orta məktəblərin, 212, 91 saylı uşaq bağçalarının yeni tədris korpuslarının tikilib  istifadəyə verilməsi, 26 saylı Bakı Şəhər Xəstəxanasının, Heydər Əliyev Məscidinin, Reabilitasiya Mərkəzinin əsaslı təmir olunmasını, o cümlədən Şağan qəsəbəsində 124 saylı məktəb və 3 saylı İnternat məktəbində əsaslı təmir işlərinin aparıldığını, Şağan Mədəniyyət evinin tikintisinə hazırlıq işlərinin davam etdirildiyini və qəsəbədə görülən digər işlər barədə qəsəbə sakinlərini məlumatlandırmışdır.
       İcra Başçısı həmçinin qəsəbədə daxili su xətlərinin çəkilməsi və qəsəbədaxili yollara və yol qovşaqlarına asfalt örtüyünün vurulması istiqamətində işlərinin aparıldığını vurğulamışdır.
      Qəsəbə sakinləri qəsəbədə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqlarının aradan qaldırılmasını xahiş etdilər.
      Rayon İcra Hakimiyyəti başçısı cənab G.İslamov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verdi

Keçidlər