Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda abadlıq-quruculuq işləri davam etdirilir

23 iyun 2020 | 16:00

Ölkə başçısının tapşırığı ilə Bakı və Bakıətrafı qəsəbələrin ayrı-ayrı yaşayış massivlərində abadlıq və quruculuq işlərinin davamlı olaraq həyata keçirilməsi nəticəsində qəsəbədaxili yollar genişləndirilir, yeni yaşıllıq zolaqları salınır, mövcud parklar, küçə və prospektlər abadlaşdırılır.
  Pandemiya ilə əlaqədar ölkəmizdə mövcud çətinliklərə baxmayaraq, cənab Prezident İlham Əliyevin yorulmadan həyata keçirdiyi tədbirlər nəticəsində ölkəmizdə irimiqyaslı layihələr sırasında abadlıq-quruculuq işlərinə xüsusi yer ayrılır. Respublikamızın hər yerində olduğu kimi Xəzər rayonunda da bu istiqamətdə işlər uğurla davam etməkdədir.
 Ölkə başçısının və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyyələrinə uyğun olaraq rayonun qədimiliyinin qorunması şərtilə bu yenidənqurma işləri bu gün də Xəzər rayonunda yüksək dinamika ilə davam edir.
 Xəzər rayonunun digər qəsəbələri ilə yanaşı Mərdəkan qəsəbəsində gedən abadlıq quruculuq işləri çərçivəsində hazırda qəsəbənin mərkəzi küçəsi olan S.Yesenin küçəsi memarlıq tələblərinə uyğun olaraq yenidən qurulur.
 Sözügedən küçədə yol boyu vətəndaşlara məxsus fərdi evlərin divarları, hasarları, darvazaları, ticarət və xidmət obyektlərinin fasadlarının təmirinə başlanılıb. Hazırda sözügedən küçədə işlər sürətlə davam edir.
 Aparılan abadlıq işləri çərçivəsində sutkanın qaranlıq saatlarında küçələri işıqlandırmaqla təhlükəsiz hərəkətin təşkili üçün qəsəbənin “28 May”, “Qılman İlkin” və "Zeynalabdin Tağıyev" küçələrinin işıqlandırılması işlərinə başlanılıb. Hazırda qeyd olunan küçələrdə elektrik xətlərinin çəkilişi işlər aparılır.
 Bundan əlavə, uzun illər qəsəbənin Z.Tağıyev küçəsində yağıntılar zamanı su axıntılarının çökək hissələrdə toplanması nəticəsində  nəqliyyatın hərəkətinə çətinliklər yaradırdı. Xüsusilə qış aylarında özünü göstərən bu problem hazırda aradan qaldırılmaqdadır.
  Bu məqsədlə, Xəzər Rayon İcra Hakimiyyətinin təşəbbüsü və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən qəsəbənin Z.Tağıyev küçəsində yağış sularının kənarlaşdırılması məqsədilə D500 mm-lik borularla xəttin çəkilməsinə başlanılıb. Hazırda ümumi üzünlüğü 1850 metr təşkil edən xəttin, 1500 metr hissəsi çəkilib başa çatdırılıb. Layihə üzrə işlərin cari ilin iyul ayınadək yekunlaşdırılması nəzərdə tutulur.

 

 

Keçidlər