Xəzər rayonunda vətəndaşlar arasında maarifləndirci söhbətlər aparıldı və tibbi maskalar paylanıldı
Xəzər rayonu ərazisində koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması istiqamətində işlər davam etdirilir.
22 iyun 2020-ci il tarixində Xəzər rayonunun Binə, Buzovna və Şağan qəsəbələrində Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədi ilə yaradılmış mobil qrupun üzvləri tərəfindən qəsəbə ərazisində ictimai yerlərdə, o cümlədən sərnişindaşıyan avtobuslarda, ticarət və iaşə obyektlərində və küçələrdə vətəndaşlar arasında maarifləndirci söhbətlər aparılmış, 1000 ədəd tibbi maska paylanılmışdır.