Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir

22 iyun 2020 | 16:00

    Azərbaycan Respublikasında koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə uyğun olaraq Xəzər Rayon İcra  Hakimiyyəti tərəfindən rayonda dezinfeksiya işləri davam etdirilir.
  21 iyun 2020-ci il tarixində Xəzər rayonu üzrə nəzərdə tutulmuş 27 küçə və prospektdə (46,6 km) dezinfeksiya işləri aparılmışdır. Bundan əlavə yolların dezinfeksiya edilməsinə DİN tərəfindən 2 ədəd avtomobil cəlb olunmuşdur.
  Eyni zamanda, mütəmadi olaraq rayon ərazisindəki yaşayış binalarında, məişət tullantıları konteynerlərində və meydançalarında, məhəllələrdəki idman-əyləncə qurğularında, söhbətgahlarda, yol kənarlarında və səkilərdə və dayanacaqlarda da dezinfeksiy işləri aparılır.

Keçidlər