Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda ehtiyacı olan aztəminatlı ailələrə ərzaq yardımının göstərilməsi davam etdirilir

18 iyun 2020 | 16:00

   Xəzər rayonunda Koronavirus pandemiyasının yayılması şəraitində əhalinin ən həssas təbəqəsi olan tənha, yaşlı və ehtiyacı olan insanlara ərzaq sovqatlarının paylanılması işləri davam etdirilir.
  18 iyun 2020-ci il tarixində “Biz birlikdə güclüyük!” şüarı ilə həyata keçirilən layihə çərçivəsində Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən rayonda yaşayan bir qrup aztəminatlı və digər həssas kateqoriyadan olan 250 ailəyə müxtəlif ərzaq məhsullarından ibarət yardımlar paylanılıb.
  Xəzər rayon sakinləri bu xeyirxah aksiyaya görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildiriblər.

  


 

Keçidlər