Xəzər Rayon İcra Hakimiyyətinin başçısı növbəti onlayn müşavirə keçirdi
18 iyun 2020-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun sədrliyi ilə növbəti onlayn müşavirə keçirilib. Müşavirədə RİH başçısının müavinləri və şöbə müdirləri iştirak ediblər.
Onlayn keçirilən müşavirəyə qəsəbə inzibati ərazi dairələrinin nümayəndələri Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin və digər xidmət sahələrinin rəhbərləri də qoşulublar.
Müşavirədə qəsəbə inzibati ərazi dairələrinin nümayəndələri və xidmət sahələrinin rəhbərləri canlı bağlantı vasitəsilə fəaliyyətlərinə dair xidməti arayışlar veriblər.
Daha sonra Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov rayon ərazisində təmizlik, dezinfeksiya işlərinin mütəmadi olaraq davam etdirilməsi, yaradılmış mobil və işçi qruplar tərəfindən qəsəbələrdə karantin rejiminin tələblərinin daim diqqətdə saxlanılmaqla Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimat və tövsiyələrinin müntəzəm olaraq əhaliyə çatdırılması istiqamətində maarifləndirmə işlərinin gücləndirilməsi və yerlərdə vətəndaşların müraqciətlərinə baxılmasında səmərəliliyin, şəffaflığın artırılması, şikayətlərin operativ araşdırılması və həlli ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsi istiqamətində müvafiq tapşırıqlar verdi.