Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov Buzovna qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirdi

21 sentyabr 2013 | 15:00

   20 sentyabr 2013-cü il tarixdə Xəzər rayonunun Buzovna qəsəbəsində Xəzər Rayon İcra Hakimiyyəti başçısı cənab Gülağa İslamovun qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir.
Görüşü Rayon İcra Hakimiyyətinin başçısı cənab Gülağa İslamov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında rayonumuzda abadlıq və quruculuq sahəsində, həmçinin sosial – iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat verdi.
        Həmçinin İcra Başçısı 234, 125, 26 saylı orta məktəblərin, 8 saylı İntenat məktəbinin, 5 saylı Bakı Peşə Məktəbinin, o cümlədən 244, 289 saylı uşaq bağçalarının tikilərək yenidən istifadəyə verilməsi, 14 saylı Bakı Şəhər Xəstəxanasının, 7 saylı Vərəm əleyhinə disponsərdə təmir işlərinin davam etdirildiyini, R.Axundov adına Mədəniyyət evinin yenidən tikilməsi və qəsəbədə görülən digər işlər barədə qəsəbə sakinlərini məlumatlandırmışdır.      
        Qəsəbə sakinləri qəsəbədə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqlarının aradan qaldırılmasını xahiş etdilər.
Rayon İcra Hakimiyyəti başçısı cənab G.İslamov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir
       Səyyar görüşdə 100-nəfər sakin və RİH başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri iştirak etmişdir.

Keçidlər