Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonu ərazisində fəaliyyət göstərən çimərliklər xüsusi karantin rejimi ilə bağlı mövcud tələb və tövsiyələrə uyğun şəkildə işlərini qurublar

17 iyun 2020 | 16:00

 Ümumbəşəri problem olan koronavirus infeksiyasına (COVID-19) ölkəmizin ərazisində yoluxma hallarını məhdudlaşdırmaq, yayılmasının qarşısını almaq və rəvac verəcəyi təhlükənin təsirlərindən qorunmaq üçün dövlət və hökumət strukturları tərəfindən ilk günlərdən təxirəsalınmaz və qətiyyətli tədbirlər görülməkdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə əhalinin sağlamlığının qorunması və sosial rifahının təmin olunmasına yönələn kompleks tədbirlər əzmlə davam etdirilməkdədir.
 15 iyun 2020-ci il tarixdən etibarən ölkə üzrə çimərlik mövsümünün rəsmən açıq elan edilməsi ilə əlaqədar Xəzər rayonu üzrə fəaliyyət göstərən çimərliklər ərazisində insanların istirahət etməsi üçün lazimi şəraitin yaradılması və yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə lazimi tədbirlər görülür.
Pandemiya və karantin rejimi ilə əlaqədar olaraq artıq çimərlik və su istirahət mərkəzlərində koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlər təsdiqlənib.
 Təsdiq edilmiş metodik göstərişlərin icrası ilə bağlı Xəzər rayonunun Buzovna, Mərdəkan, Şüvəlan, Türkan və Zirə qəsəbələrində fəaliyyət göstərən çimərlik-istirahət mərkəzlərində də karantin şəraitinin tələbləri nəzərə alınmaqla mövsümə hazırlıqla bağlı müvafiq hazırlıq işlər görülüb. Hər bir çimərlikdə maarifləndirici lövhələr quraşdırılıb, işçi personal tərəfindən sosial məsafə saxlanılması, dezinfeksiyaedici vasitələrdən mütəmadi olaraq istifadə edilməsi, təmizliyə riayət olunması məqsədilə ərazi boyunca zibil konteynerləri, qoruyucu maskaların atılması üçün qutular quraşdırılıb.  
 Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tövsiyə olunan mübarizə tədbirləri çərçivəsində  çimərliklərdəki görülən işlər ciddi nəzarətə götürülmüş və aidiyyəti təşkilatlar tərəfindən mütəmadi olaraq monitorinqlər keçirilir.
  Bundan əlavə, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində yaradılmış nümunəvi ictimai çimərlik vətəndaşların istifadəsinə verilib.
Çimərlikdə karantin dövrünün tələblərinə uyğun olaraq tibbi-profilaktiki tədbirlər həyata keçirilib, insanların lazımi məsafə saxlaması üçün ərazi boyu baryerlər çəkilib, dezinfeksiya dispenserləri qoyulub, karantin və təhlükəsizlik qaydalarına, eləcə də təmizliyə riayət olunması ilə bağlı xəbərdarlıq edən maarifləndirici lövhələr quraşdırılıb.
 Həmçinin, Azərbaycan Respublikanda koronovirus infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin təmin edilməsi, fərdi izahetmə-xəbərdarlıq işlərinin aparılması üçün yaradılmış mobil qruplar və gənc könüllülər tərəfindən vətəndaşlar arasında maariflədirici tədbirlər davam etdirilir.

Keçidlər