Şriftin ölçüsü :

Saytın rəngi :

Avropa Şurasının bu riyakar mahiyyəti heç kim üçün sirr deyil

09 iyun 2020 | 16:00

   Bu ilin martın 31-də Dağlıq Qarabağda keçirilən qanunsuz “seçkilər”ə  bir çox ölkələrin və nüfuzlu beynəlxalq təşkilatların Ermənistanın bu seçki şousuna qarşı bəyanatla çıxış etmələrinə baxmayaraq, Avropa Şurasının beynəlxalq hüququ kobud şəkildə pozan işğalçı Ermənistanın bu hərəkətinə heç bir münasibət bildirmədi.
Məhz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı Avropa Şurasında geniş vüsət alan anti-Azərbaycan tendesiyalarını və ölkəmizə qarşı aparılan siyasətin mahiyyətini konkret faktlarla tənqid edib.
   Cənab prezident çıxışında bildirib ki, “AŞPA-nın əsas hədəflərindən biri Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Azərbaycanda “beşinci kolonu”, satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfi dəstəkləməkdir. Ona görə Avropa Şurası bu saxta seçkilərlə bağlı səsini belə çıxarmadı. Bu halda hansı obyektivlikdən, hansı ədalətdən, demokratiyadan və beynəlxalq hüquqdan söhbət gedə bilər! Avropa şurası qitədə yüz illərdi formalaşan bəşəri və insani dəyərləri diqqətə almadan xunta rejiminin, işğalçının, Xocalıda Azərbaycanın mülki əhalisinə qarşı soyqrım edən, narkotik və silah qaçaqmalçılığı mərkəzi olan qondarma qurumun demokratik dəyərləri kobud şəkildə pozmasına səssiz qaldı”.
   Cənab Prezidentin bu fikirləri AŞPA-nın həqiqətəndə anti-Azərbaycan mahiyyətinə, beynəlxalq təşkilat kimi bir ölkəyə qarşı yol verdiyi haqsızlığa və qeyri-adekvat yanaşmaya verilən qiymətdir.
Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində qondarma xunta rejiminin keçirdiyi saxta “prezident və parlament seçkiləri”ni heç bir dövlət tanımayıb. Hətta Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vasitəçilik missiyası ilə çıxış edən ATƏT-in Minsk qrupu həmsədrləri Amerika, Fransa, Rusiya qondarma xunta rejimində keçirilən seçkiləri və nəticələrini tanımadıqlarını bildiriblər. Avropa İttifaqı, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı - bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri qınayıb. Ancaq Avropa Şurası həmin beynəlxalq təşkilatların sırasına qoşulmayıb: Avropa Şurasının susmağının səbəbi bəllidir.
   Çünki Avropa Şurası Parlament Assambleyasının əsas hədəflərindən biri Ermənistan tərəfini dəstəkləməkdir.
Bu gün Avropa Şurası kimi qərəzli bir qurumun nüfuzu, demək olar ki, heçə enib. Belə qurmların qərəz və böhtanları, yalan və iftiraları ölkəmizin inkişafına, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirdiyi tədbirlərə heç bir problem yarada bilməz. Ona görə ki, Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi  altında milli maraqlara söykənən müstəqli xairci siyasət yeridir. Bu siyasət ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu getdikcə artırır, mövqeyini möhkəmləndirir.
  Prezident İlham Əliyevin çıxışında çox doğru vurğulamışdır ki, Qondarma Dağlıq Qarabağ xunta rejimində prezident və parlament seçkiləri zamanı insan həyatına bu qədər ucuz dəyər verilməsi, bütün dünya koronavirus pandemiyasına qarşı ümumi mübarizə edərkən xunta rejiminin pandemiyaya qarşı gərəkli önləyici tədbirlərin almaması da diqqətdən kənarda qalmamalı və gündəmə gətirilməlidir. Pandemiya dövründə keçirilən seçkilərdə belə Qərb dövlətləri və AŞPA səslərini çıxarmadı.
   Müxtəlif yollarla təzyiq cəhdinə baxmayaraq, Prezident İlham Əliyev hər zaman bu təzyiqləri dəf edib, Dağlıq Qarabağ məsələsində güzəştə gedilməyəcəyini, münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacağını bəyan edib.
   Bəzən unudurlar ki, onların qarşısında zəif Azərbaycan deyil, güclü, qüdrətli, demokratik, hüquqi, dünyəvi müstəqil Azərbaycan dövləti və onun müdrik lideri var.


Zəhra Quliyeva
Xəzər rayon sakini,
Azərbaycan Texniki Universitetinin
II kurs tələbəsi

Keçidlər