Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkə başçısının rəhbərliyi ilə Azərbaycanda vətəndaşların pandemiyadan etibarlı müdafiəsi təşkil edilib

01 iyun 2020 | 16:00

     Ümumidünya Səhiyyə Təşkilatının (ÜST) rəyinə əsasən,  koronovirus (COVİD-19) pandemiyası ilə mübarizədə əsas şərtlərdən biri effektli izolyasiya tədbirlərinin görülməsi, əhali arasında geniş müayinələrin aparılması və xəstəlik hallarının vaxtında müəyyənləşdirilərək müalicəyə cəlb olunmasıdır.
     Məhz buna görə də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda  vətəndaşların  pandemiyadan etibarlı  müdafiəsi  təşkil edilib. İlk növbədə  Nazirlər Kabineti yanında Operativ  Qərargah yaradılıb, ölkədə karantin rejimi tətbiq edilib, sərhədlər bağlanılıb, Prezidentin  ehtiyat fondundan  vəsait ayrılıb.
     Zəruri tibb avadanlıqları  ölkəyə gətirilib. Ən müasir tələblərə cavab verən “Yeni Klinika” tibb müəssisəsi, eləcədə son illərdə regionallarda istifadəyə verilən müasir xəstəxanalar koronovirus xəstələrinin müalicəsinə səfərbər olunub, ölkədə maska istehsalı müəssisəsi də yaradılıb.
     Azərbaycan ÜST ilə yanvarın 24-də  yeni əməktaşlıq formatı çərçivəsində işləməyə  başlayıb. ÜST mütəxəssisləri ölkəmizə dəvət edilib,  onların tövsiyələrinə riayət olunaraq Azərbaycanda çox ciddi tədbirlər görülüb. Mart ayında ÜST nümayəndələri ölkəmizə gələrək, vəziyyətlə tanış olublar. Onlar Azərbaycan rəhbərliyinin koronavirusun yayılmaması üçün cox önəmli və təsirli tədbirlər gördüyünü qeyd ediblər. Aprelin 7-sində isə Prezident İlham Əliyev koronavirusa yoluxmuş xəstələrin müalicəsinin səmərəli təşkili məqsədi ilə hər birində 200 (iki yüz) çarpayı ola modul tipli 6 xəstəxananın quraşdırılması ilə əlaqədar sərəncam imzalayıb. Bu məqsədlə də dövlət büdcəsindən 14,8 milyon manat məsait ayrılıb.          Azərbaycanda həyata keçirilən qabaqlayıcı tədbirlər infeksiyanın yayılmasını mümkün qədər məhdudlaşdırmağa və sanitar-epidemoloji vəziyyəti nəzarətdə saxlamağa imkan verir. Ölkədə koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi üçün bütün imkanlar mövcutdur, o cümlədən diaqnostik alətlər və tibbi ləvazimatlar vaxtında ölkəyə gətirilərək tibb müəssisələrinə təhvil verilib. Virusun labarator diaqnostikası üçün tibb müəssisələrində dünyanın aparıcı şirkətlətinin istesalı olan müasir laboratoriya sistemləri qurulub, onlar həmçinin Avropa ölkələrinin buraxdığı testlərlə təchiz edilib .
26№-li Birləşmiş Şəhər Xəstəxanası pandimeya ilə mübarizədə öz imkanlarından istifadə  edərək  əhali arasında xəstəliyin geniş yayılmasının qarşısını almaq üçün tam qüvvəsi ilə fəaliyət göstərilmişdir.
    Elə ilk günlərdən xəstəliyin erkən aşkar olunması üçün həyət arası gəzintilər genişləndirilmiş, əhali arasında sanitar- maarifləndirmə işi gücləndirilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin koronovirus (COVİD-19) infeksiyasının qarşısının alınmasına dair 02.04.2020-ci il tarixli 124№-li Qərarının həyata keçirilməsi üçün  müvafiq tədbirlər görülmüşdür.
   Eyni zamanda 26№-li BŞX-nın həkim və orta tibb işçiləri koronavirusa yoluxmuş xəstələrin müalicəsində yaxından iştirak etmişdirlər və bu iş aktiv olaraq davam edir.
   Belə ki, həkimlər 2020-ci il fevral ayından başlayaraq “Qobustan Mərkəzi xəstəxanasında” M.Ə.Əfəndiyev adına 2 saylı klinik xəstəxanada, Goranboy Mərkəzi Rayon xəstəxanasında, Cəlilabad rayon mərkəzi xəstəxanasında, Təbib çağrı mərkəzində, Bakı şəhəri Hava Limanında və “Yeni klinikada”, koronavirusa yoluxmuş xəstələrin müalicəsi və aşkarlanmasında  aktiv iştirak etmişlər
Ümumilikdə xəstəxananın 14 həkimi və orta tibb işçisi bu işlərə cəlb olunmuşdur.
  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə  pandimeyanın ilk günlərindən qəbul etdiyi qərarlar nəticəsində koronovirus infeksiyasının yayılmasına nəzarət təmin edilmiş, ağır xəstələrin müalicəsində tibbi  avadanlıq və dərman çatışmamazlığına yol verilməmişdir. Bunun nəticəsi kimi bu infeksiya nəticəsində ölüm hadisələrinin sayını minimuma endirmək mümkün olmuşdur.
   Bu səbəbdən Respublika ərazisində tətbiq olunan karantin rejimindən mərhələli çıxmaq planı həyata keçirilməyə başlanılmışdır.
Vətəndaşların bir hissəsinin karantin rejimini pozması, əməl etməməsi, qısa müddət ərzində yoluxma hallarının kəskin yüksəlməsinə səbəb olmuş və xəstələrin müalicə prosesinə mənfi təsir göstərmişdir.
   Bununla əlaqədar olaraq həftə sonları tam qapanma, yoluxmanın sürətinin azalmasına səbəb olacaq və əhalinin sağlamlığını qorumaq məqsədi daşıyır.
   Bu dövürdə vətəndaş məsuliyyəti yüksək səviyyədə olmalı, şəxsi məsuliyyətini hiss etməli, Operativ  Qərargahın tələb  və tövsiyələrinə riayət olunmalıdır.

 

 26 nömrəli  Birləşmiş Şəhər Xəstəxanasının

      Baş direktoru: T.A.Bəbirov

Keçidlər