Xəzər rayon könüllüləri tərəfindən əhaliyə pulsuz tibbi maskalar paylanılıb
Koronavirus (COVID-19) pandemiyasının sürətlə yayılmasını nəzərə alaraq infeksiyaya qarşı genişmiqyaslı mübarizə tədbirlərinə dəstək verilməsi, sosial həmrəylik nümayiş etdirilməsi məqsədilə Xəzər Rayon İcra Hakimiyyəti və Xəzər Rayon Gənclər və İdman İdarəsinin təşəbbüsü və təşkilatçılığı ilə rayon könüllüləri tərəfindən Xəzər rayonunda xüsusi aksiya keçirilib
4 iyun 2020-ci il tarixində Xəzər rayon könüllüləri tərəfindən rayonunun mərkəzi küçələrində və əhalinin gur toplandığı digər ictimai məkanlarda insanlara tibbi maskalar paylanılıb. Həmçinin, Nazirlər Kabineti yanında Operativ Qərargahın Qərarına əsasən 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək aktiv yoluxma hallarındakı artımı səbəbindən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejiminin tətbiqi ilə bağlı Qərarda göstərilən tələblərə riayət olunması əhalinin diqqətinə çatdırılıb