Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov Binə qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirdi

19 sentyabr 2013 | 15:00

   18 sentyabr  2013-cü il tarixdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı G.İslamovun sakinlərlə növbəti səyyar görüşü olmuşdur.
         Sakinlərin diqqətinə çatdırılmışdır ki, ötən illərdə olduğu kimi 2013-cü ildə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bir neçə dəfə rayonumuzu şərəfləndirərək Dövlət Proqramları çərçivəsində qəsəbəmizdə  görülən işlərlə tanış olmuş və  bir neçə infrastruktur layihələrin açılış mərasimlərində iştirak etmişdir.
        G.İslamov  xüsusi vurğulamışdır ki, qəbul edilmiş müxtəlif dövlət proqramlarının uğurla icrası nəticəsində Xəzər rayonunda abadlıq-quruculuq, yenidənqurma işlərinin sürətlənməsi, əhaliyə göstərilən sosial xidmətlərin həcminin və keyfiyyətinin yaxşılaşması istiqamətində bir sıra mühüm nailiyyətlər əldə edilmiş, yolların salınması və əsaslı təmir edilməsi, nəqliyyatın işinin yaxşılaşdırılması, elektrik enerjisi, qaz, istilik, su təchizatı və kanalizasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsi sahələrində çox vacib və əsaslı sosial infrastruktur layihələri həyata keçirilmişdir.
       Daha sonra qəsəbə sakinləri onları narahat edən məsələlərlə bağlı müraciət etdilər. Səyyar görüşdə sakinlərin qaldırdıqları məsələlərin həlli istiqamətində rayon rəhbəri tərəfindən əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verildi və onların həlli RİH rəhbərliyi tərəfindən nəzarətə götürüldü.
        Rayon ərazisində aparılan abadlıq-quruculuq, yenidənqurma işlərinə görə sakinlər ölkə başçısına öz minnətdarlıqlarını bildirdilər.
        Səyyar görüşdə 150-nəfər sakin və RİH başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri iştirak etmişdir.

Keçidlər