1 iyun "Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə Xəzər rayonunda yaşayan aztəminatlı ailələr ziyarət edilərək, həmin ailədə yaşayan uşaqlara hədiyyələr verilib
BMT Baş Assambleyasının 1950-ci il iyunun 1-də təşkil etdiyi qadınların beynəlxalq konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin konfransda da iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.
1 iyun 2020-ci il tarixində Xəzər Gənclər Evi tərəfindən Xəzər rayonunda yaşayan 30 aztəminatlı ailəni ziyarətə edilib və həmin həmin ailələrdə yaşayan uşaqlara hədiyyələr verilib.
Tədbirdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən Xəzər Gənclər Evi sosial xidmət müəssisəsinin direktoru İnarə Eyubova və əməkdaşları iştirak ediblər.