Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə dezinfeksiya tədbirləri davam etdirilir

30 may 2020 | 16:00

 Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə Xəzər rayonunda mütəmadi olaraq dezinfeksiya işləri davam etdirilir.
 30 may 2020-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyəti, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti və Xəzər Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin xüsusi texnikaları və Daxili İşlər Nazirliyinin xüsusi avtonəqliyyat vasitələr cəlb olunmaqla rayonun mərkəzi küçələri olan Binə qəsəbəsinin Ə.İsazadə, Vaqif, Mərdəkan qəsəbəsinin S.Yesenin, Şüvəlan qəsəbəsinin A.İldrım, Şimal DRES yaşayış massivinin L.Starçuk, Şağan qəsəbəsinin H.Xanızadə  küçələri xüsusi məhlulla yuyularaq dezinfeksiya edilib.
 Eyni zamanda, rayon ərazisindəki İstirahət parklarında, yaşayış binalarının girişlərində, məhəllələrdəki idman-əyləncə qurğularında, söhbətgahlarda, yol kənarlarında və səkilərdə və dayanacaqlarda da dezinfeksiya işləri aparılıb.

 

Keçidlər