Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda ehtiyacı olan ailələrə ərzaq yardımının paylanılması davam etdirilir

14 may 2020 | 16:00

   Xəzər rayonunda Koronavirus pandemiyasının yayılması şəraitində əhalinin ən həssas təbəqəsi olan tənha, yaşlı və ehtiyacı olan insanlara ərzaq sovqatlarının paylanılması işləri davam etdirilir.
13 may 2020-ci il tarixində “Biz birlikdə güclüyük” şüarı ilə həyata keçirilən layihə çərçivəsində Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən növbəti dəfə rayonda yaşayan bir qrup aztəminatlı və digər həssas kateqoriyadan olan ailələrə, o cümlədən evdən çıxa bilməyən 65 yaşdan yuxarı sakinlərə müxtəlif ərzaq məhsullarından ibarət yardımlar paylanılıb.
  Xəzər rayon sakinləri bu xeyirxah aksiyaya görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildiriblər.

Keçidlər